Baş nazir Əli Əsədov Moldova parlamentinin sədri
ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edildi.
Görüşdə həmçinin
Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi,
investisiya, energetika, humanitar, mədəniyyət, turizm
və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə olundu.
Azərbaycan.-
2022.-23 fevral.- S.6.