Təhsil və elm sahəsində əməkdaşlıq genişləndiriləcək
Tbilisidə səfərdə olan
Azərbaycanın təhsil naziri Emin Əmrullayev
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki,
görüşdə təhsil və elm sahələrində əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
edilib.
Bildirilib ki, Gürcüstanın
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq sazişinin imzalanması akademik, ali təhsil
və texniki-peşə məktəbləri, eləcə də
tədris müəssisələri arasında əlaqələrin
möhkəmlənməsinə kömək edəcək.
Vurğulanıb ki, Gürcüstan tərəfi ümumtəhsil müəssisələrində, o cümlədən Gürcüstanın azərbaycandilli məktəblərinin və Azərbaycanın gürcüdilli məktəblərinin dərsliklərində müəllimlərin ixtisasının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Gürcüstan hökuməti keyfiyyətli təhsilə çıxış imkanlarının artırılmasına və azərbaycanlı tələbələrin dövlət dilinə yiyələnməsi istiqamətində səylərin artırılmasına sadiq qalır ki, bu da onların demokratik inkişaf prosesinə tam inteqrasiyasını təmin etmək üçün xüsusi önəm daşıyır.
Görüşdə
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli
və Azərbaycan Respublikasının Gürcüstandakı
səfiri Faiq Quliyev iştirak ediblər.
Azərbaycan.-
2022.-23 fevral.- S.6.