Azərbaycanın bərpaolunan enerji istehsal etmək potensialı böyükdür

 

Dövlətin bu sahədə gördüyü işlərə xariciyerli investorlar da qoşulur

 

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, dünyanın enerji sistemixalis sıfır” emissiyalar cığırı ilə irəliləyərsə, əsrin ortasında elektrik enerjisi istehsalının 90 faizə qədəri bərpaolunan enerji mənbələrinin payına düşər.

Bunun da 70 faizi günəş və külək enerjisi mənbələrindən alınar. Belə qənaətə gəlməyə bərpaolunan enerjidən istifadənin getdikcə özünə daha geniş yer alması əsas verir.

Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev bərpa olunan enerji sahəsinin inkişafı mövzusuna çıxışlarında dəfələrlə toxunub. Dövlət başçısı “QobuEnerji Qovşağının açılışından sonra AZƏRTAC-a verdiyi müsahibədə artıq bir neçə ildir həmin sahənin inkişafını prioritet elan etdiyini bildiribbunun səbəblərini də göstərib: “Adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq, bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdürbiz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq”.

Bu sahənin inkişafı üçün Azərbaycanın imkanı və potensialı da var. Ölkədə əlverişli investisiya mühiti yaradılıb. Prezidentimizin dediyi kimi: “Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi gedirbu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə, onda ki xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar”.

Xatırladaq ki, cari ilin yanvar ayında “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməli qoyulmuşdur. Stansiyanın məkanı, məramı və məqsədi adından bəllidir. Belə ki, onu Xızı dağlarının və Abşeron torpağının küləyi hərəkətə gətirəcək.

Prezident İlham Əliyev təməlqoyma mərasimində obyektin əhəmiyyətini belə dəyərləndirmişdir: “Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdirson bir il ərzində fəal aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu yerlərinin yaradılmasına səbəb olacaq”.

Əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək.

Vətən müharibəsindəki qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıb. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var.

Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılmış dəqiq təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları da böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Hazırda istər Qarabağda və Şərqi Zəngəzurda, istərsə də ölkənin digər yerlərində bərpaolunan enerji potensialından səmərəli istifadə gündəlikdə duran başlıca vəzifələrdən biridir. Dövlət başçısı diqqəti bu məsələyə bir daha yönəldərək deyib: “Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş-elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Mazdar” şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik, qeyd etdiyim kimi, “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. “Azərenerji”nin özünün 50 meqavatlıq külək-elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su-elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su-elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su-elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır”.

Göründüyü kimi, Azərbaycan dövləti sözügedən istiqamətdə ardıcıl işlər həyata keçirir. Getdikcə bu işlərə daha çox xariciyerli investorların qoşulacağına da şübhə yoxdur.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-23 fevral.- S.8.