Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi
açılıb
Fevralın 22-də Moskvadakı Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Moskvada Azərbaycan günləri” çərçivəsində təşkil olunan ekspozisiyada görkəmli rəssamın əsərləri sərgilənir. Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında əsərləri təqdim olunur. Ekspozisiya rəssamın məşhur “Qladioluslar”, “Qara Qarayevin portreti” və “Aydan” əsərləri ilə başlanır.
Tretyakov
Qalereyasındakı Tahir Salahov
Fondunun əməkdaşı Elmira Jdanova AZƏRTAC-a
müsahibəsində deyib ki, Tretyakov Qalereyası bu sərgi ilə Tahir Salahovun xatirəsini bir daha yad edir.
“Ekspozisiyada müxtəlif dövrləri əhatə
edən əsərlər sərgilənir. Eyni
zamanda, rəssamın qalereyaya
2019-cu ildə daxil olmuş
sonuncu əsərlərindən biri - “Səhər ovu” əsəri
ziyarətçilərə təqdim olunur.
Burada Tahir Salahovun doğma şəhəri
Bakıya həsr olunmuş rəsmlərinə
də rast gəlinir. Tahir
Salahov Azərbaycana və Rusiyaya
sevgini özündə birləşdirən
təkrarsız incəsənət xadimidir.
Onun yaradıcılığında iki xalqın ənənələri öz əksini tapır”, - deyə E. Jdanova qeyd edib.
Azərbaycan.- 2022.-23 fevral.- S.11.