Moldova parlamentinin Sədri:
“İşğaldan
azad olunmuş ərazilərdə
bu qədər dağıntını
görmək kədərlidir”
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu qədər dağıntını görmək kədərlidir. Çünki bu dağıntıların arxasında insanların taleyi, yaşadıqları ağır günlər var. Digər tərəfdən, azad olunmuş ərazilərdə bərpa işləri sürətlə davam edir. Çoxlu investisiyaların yatırıldığının şahidi oldum.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşada jurnalistlərə açıqlamasında Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.
Azərbaycan Prezidentinin Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildirən İ.Qrosu deyib: “Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri ziyarət etdik. Şuşada mədəniyyət ab-havası, heyrətamiz təbiət var. Yəqin ki, məhz buna görə bu torpaq çoxlu istedadlar yetişdirib”.
İki ölkə
arasında biznesin inkişafı ilə
bağlı məsələlərin müzakirə edilməsi
üçün görüşün
keçiriləcəyini deyən moldovalı qonaq
Azərbaycanın azad olunmuş
kəndlərin bərpasında ən müasir
yanaşma tətbiq edəcəyindən,
“Ağıllı kənd və şəhər”lər
quracağından xəbərdar olduğunu
bildirib. O deyib:
“Moldovanın informasiya texnologiyaları
şirkətləri bu ərazilərdə
özlərini sübut edə bilərlər.
Bu, iki ölkənin iş adamları üçün
çox yaxşı fürsət olacaq”.
Azərbaycan.-
2022.- 24 fevral.- S.3.