Azərbaycan XİN:” Rusiya
XİN Türkmənçay müqaviləsi ilə
bağlı məlumatı təhrif edib
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.
Vurğulanıb ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya Xarici İşlər Nazirliyinin Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.
“Bu təhrifin aradan
qaldırılmasını vacib hesab edirik və Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi sosial
şəbəkə səhifəsində sözügedən
yanlış məlumata müvafiq düzəlişin
ediləcəyini gözləyirik”, - deyə Azərbaycan
XİN-dən bildirilib.
Azərbaycan.-
2022.- 24 fevral.- S.4.