ABŞ-ın
üç şəhərində 26 fevral “Xocalının
Anım Günü” elan edilib
ABŞ-ın Şimali Karolina
ştatının Fayetvill, Darem və Apeks şəhərlərinin
merləri 26 fevral tarixini “Xocalının Anım Günü”
kimi tanıyıblar.
Diasporla İş üzrə
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki,
Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin
imzaladıqları bəyannamələrdə Apeks, Darem,
Fayetvill şəhərlərində, eyni zamanda dünyada
yaşayan Azərbaycan icması tərəfindən hər il
fevralın 26-da Xocalı soyqırımı
qurbanlarının xatirəsinin dərin hüzn, kədər
hissi ilə yad edildiyi qeyd olunub.
Sənədlərdə Azərbaycan
dilinin, mədəniyyətinin, tarixinin və mədəni
irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan
Dostluq Təşkilatının töhfə verdiyinə diqqət
cəlb edilib.
Qeyd edək ki, bəyannamələr
Azərbaycan Dostluq Təşkilatının rəhbəri
Adika İqbalın təşəbbüsü ilə qəbul
olunub.
Azərbaycan. - 2022.- 24 fevral.- S.6.