Türkiyə və Azərbaycan alpinistləri Xocalı
faciəsinin ildönümü ilə əlaqədar
Haçadağa yürüş
ediblər
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Türkiyənin “Zirvə” Dağçılık İdman Klubunun 35 və Bakı şəhərindən isə 7 alpinist Hacadağa yürüş ediblər.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 6 alpinistinin müşayiəti ilə keçirilən yürüş 7 saatadək davam edib.
Haçadağınzirvəsində Azərbaycanın və Türkiyənin
bayraqları dalğalandırılıb,
“Xocalı şəhidlərini hörmətlə yad edirik!”
yazılmış banner açılıb.
Tədbirin təşkilatçılarından İsgəndər Doğan ilk dəfə 6 il əvvəl təşkil edilən yürüşün artıq ənənə
halını aldığını deyib. “Dağ zirvəsinə çıxmaqda məqsədimiz azərbaycanlı qardaşlarımızın dərdinə şərik olduğumuzu buradan bir daha nümayiş etdirməkdir”, - deyə o bildirib.
Azərbaycan.-
2022.- 24 fevral.- S.6.