Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə

 

Hörmətli cənab Federal Prezident,

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrik məktubunuza görə təşəkkür edirəm. Mən öz növbəmdə ikitərəfli əlaqələrimizdə bu əlamətdar tarix münasibətilə Sizi xalqınızı şəxsən öz adımdan Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir xoş arzularımı yetirirəm.

Ötən dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Siyasi, ticari, iqtisadi, mədəni digər sahələrdə əməkdaşlığımız dövlətlərimizin maraqlarına xalqlarımızın mənafelərinə xidmət edir.

İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə beynəlxalq strukturlar çərçivəsində bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2022-ci il

 

Azərbaycan.- 2022.- 25 fevral.- S.6.