Tovuzda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

 

TovuzdaNizami” adına mədəniyyət evində Xocalı soyqırımının 30-cu  ildönümünə həsr edilmiş anım günü keçirilmişdir.

Tovuz rayon rəhbərlərinin, Birinciİkinci Qarabağ müharibəsi iştirakçılarının, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisinin nümayişi ilə başlamışdır. Sonra tədbir iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Xocalı faciəsinə həsr edilmiş sənədli filmin nümayişindən sonra çıxışlar olmuşdur.

Xocalı faciəsinin şahidi olan və ailəsi həmin faciə nəticəsində didərgin düşmüş Valeh Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı soyqırımı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir. Ermənilərin törətdikləri vəhşiliklər bəşəriyyətə qarşı törədilən ağır cinayətdir. Dövlətimiz tərəfindən bu faciəyə hüquqi qiymət verilməsi və bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində mütəmadi olaraq aparılır. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində zəfərlə başa çatdı. Şəhidlərimizin qisası alındı. Lakin Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq.

Anım mərasimində şagirdlərin ifasında Xocalı faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirildikdən sonraQarabağa qayıdış-Böyük Zəfərin təntənəsi” adlı qısametrajlı film nümayiş olunmuşdur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.10.