Ermənistan Xocalı soyqırımı kimi qara ləkəni silmək üçün onu qəbul etməli üzr istəməlidir

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyinin, həmçinin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda Azərbaycan Respublika­sının Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Xari­ci siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, məşhur beynəlxalq hüquqşünas Malkolm Şou Xocalı soyqırımının şahidi Ləfxanım (Nərgiz) Mahmudova çıxış ediblər.

Xarici İşlər naziri Ceyhun Bayramov çıxışında 30 il bundan öncə Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü za­manı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən olan Xocalı soyqırı­mı haqqında danışıb. 613 mülki şəxsin bir gecədə xüsusi amansızlıqla, etnik mənsubiyyətinə görə qətlə yetirildiyini vurğulayan nazir, bunun Ermənistan tərəfindən aparılan irqçi siyasətin təzahürü olduğunu qeyd edib. Ceyhun Bayramov Azərbaycan dövləti tərəfindən Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı fəaliyyətin aparıldığını bildirib indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, eləcə ABŞ-ın 24 ştatı tərəfindən bu cinayəti kəskin şəkildə pisləyən müvafiq qətnamələrin qəbul edildiyini söyləyib. Ermənistan tərəfindən gec olsa belə, bu istiqamətdə müsbət addımların atılması­nın iki xalq arasında münasibətlərin nor­mallaşdırılmasına ciddi töhfə ola biləcəyini bildirən nazir, lakin bu gün bunun şahidi olmadığımızı təəssüflə vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisiPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev postmünaqişə dövründə barışığın olması üçün ilk növbədə ədalətin, o cümlədən, Xocalı soyqırımının qurbanları üçün ədalətin bərqərar olması­nın vacibliyini qeyd edib. Hikmət Hacıyev Xocalı soyqırımının dünya mediası tərəfindən işıqlandırılmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı Başlıbel, Malıbəyli, Qaradağlıda törədilən insanlıq əleyhinə cinayətlərin yetərincə işıqlandırılmadığını qeyd edib. O, Ermənistan xalqının bu qara ləkəni silmək üçün törədilən soyqı­rımını qəbul etməli bununla bağlı üzr istəməli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən beynəlxalq hüquqşünas Malkom Şou Xocalı soy­qırımının hüquqi aspektləri haqqında danışıb. O, Xocalıda törədilən cinayətin Ermənistan tərəfindən beynəlxalq hu­manitar hüququn norma prinsiplərinin kobud şəkildə pozulması olduğunu bildi­rib. Hüquqşünas, müharibə cinayətləri, soyqırımı insanlıq əleyhinə cinayətlərin xatırlanmasının həm onların bir daha baş verməməsi baxımından önəmli oldu­ğunu deyib.

Konfransda çıxış edən Xocalı soyqırı­mı zamanı 9 yaşında 7 gün əsirlikdə qa­lan Xocalı şahidi Ləfxanım (Nərgiz) Mah­mudova Xocalı soyqırımı zamanı onun ailəsinin başına gətirilən vəhşiliklərdən danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin necə mühasirəyə alındığını, atəşə tutulduğunu həmin vaxt yaşadıqları dəhşətləri bölüşüb. Ləfxanım (Nərgiz) Mahmudova sonda ar­tıq Xocalının qisasının alındığını 30 illik həsrətə son qoyulduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tədbir anım konserti ilə davam edib.

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.2.