Baş nazir Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri
ilə görüşüb
Azərbaycan Respublikasının Baş
naziri Əli Əsədov fevralın
25-də Misir Ərəb
Respublikasının beynəlxalq
əməkdaşlıq naziri
Rania Al-Maşat ilə görüşüb.
Görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif
istiqamətlərdə uğurlu
inkişafından məmnunluq
ifadə olundu.
Bakı şəhərində keçirilən
Azərbaycan-Misir Hökumətlərarası
Müştərək Komissiyasının
5-ci iclasının və
Azərbaycan-Misir biznes
forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya
və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi
baxımından əhəmiyyəti
vurğulandı.
Görüşdə, həmçinin Azərbaycan
ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin
inkişaf perspektivləri
müzakirə edilib.
Azərbaycan. - 2022.- 26 fevral.- S.2.