Fransalı fotojurnalist: Qarabağda gördüyümüz kütləvi məzarlıqlar işğalın sübutudur

 

Qarabağda gördüklərim çox təsiredicidir. Azərbaycan hökumətinin ölkədə, xüsusilə Qarabağ bölgəsində apardığı yenidənqurma işləri məni çox sevindirir.

Bu sözləri fransalı fotojurnalistrejissor Qreqori Erp AZƏRTAC-a müsahibəsində deyib.

“Mən Şuşada ötən ilin iyulunda da olmuşam. Bu müddət ərzində çox dəyişikliklər olub. Bilirəm ki, Şuşada bərpa işlərinin aparılması Azərbaycan xalqını çox sevindirir. Azərbaycandakı dostlarım burada baş verən hadisələr barədə mənə məlumat verirdilər. Şuşada belə sürətli yenidənqurma işlərini görmək həqiqətən qürurvericidir”, - deyə Qreqori Erp bildirib.

Fevralın 24-də kütləvi məzarlıqları da gördüklərini qeyd edən fransalı fotojurnalist bildirib: “Bu, işğalın sübutudur. Lakin artıq sülh zamanıdır. Ölkənizə hər zaman sülh arzulayıram”.

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.4.