ANAMA ilə
Fransanın Azərbaycandakı səfirliyi arasında niyyət
bəyannaməsi imzalanıb
Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa
Respublikasının ölkəmizdəki səfirliyi
arasında Azərbaycanda həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatına dəstək məqsədilə
niyyət bəyannaməsi imzalanıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər
ki, bəyannaməni Agentliyin idarə heyətinin sədri
Vüqar Süleymanov və Fransanın ölkəmizdəki səfiri
Zakari Qros imzalayıblar.
Sənəd ANAMA-nın texniki
potensialının gücləndirilməsi, yaşayış
üçün təhlükəsiz mühitin
yaradılması istiqamətində icra edilən fəaliyyətə
dəstək verməklə keçmiş məcburi
köçkünlərin doğma yurdlarına
qayıdışı üzrə görülən işlərə
töhfə olacaq.
Bəyannamənin əsas fəaliyyət
istiqamətləri səfirliyin dəstəyi hesabına minatəmizləmə
avadanlığının alınmasını, eləcə də
alınacaq avadanlığın istifadəsi üzrə təlimlərin
keçirilməsini nəzərdə tutur.
Azərbaycan.- 2022.- 26 fevral.- S.4.