Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə 970; 2009,  ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə 854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə 403, ¹ 5, maddə 848, ¹ 11, maddə 1718; 2020, ¹ 7, maddələr 868, 895, ¹ 9, maddə 1139, ¹ 12 (I kitab), maddə 1469; 2021, ¹ 2, maddə 124; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il  20 dekabr tarixli 1500 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-2-ci bəndində “xüsusi vəsaitin” sözləri  “vəsaitin, habelə tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin” sözləri ilə əvəz edilsin.       

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2022-ci il

 

Azərbaycan.- 2022.- 10 fevral.- S.2.