Tanrı köməyi
Ən çətin günümüzdə, adətən, Tanrıya üz tuturuq!
Ən ağır məqamda Allaha yalvararaq ondan kömək istəyirik!
Gücümüz çatmayan işdən təkbaşına yapışanda Allahdan güc, qüvvət diləyirik!
Həmişə də belə hesab etmişik və həm də görmüşük ki, Tanrı bizimlə olmayanda, öz köməyini göstərməyəndə niyyətimizə çata bilmirik!
Bəs Allah bizə nə sayaq kömək göstərir, hansı formada dayaq durur, dadımıza necə çatır? - heç bu barədə dərindən düşünürükmü?!
İki toxunulası vacib məqam da
var:
Əvvəla, Tanrı heç də
bütün çağırışları eşidib, dərhal kömək əlini
uzatmır.
Yoxsa, atalar demişkən, qaçan da “ya Allah” deyir, qovan da
“ya Allah” deyir!
Başqa sözlə, hər iki tərəf işə
başlayanda Tanrıdan kömək
istəyir!
Hansına kömək göstərilməsi isə bəndənin müəyyən edəcəyi
məsələ deyil, Tanrılıqdır!
İkincisi, Allah təkcə istəyənə
yox, ən əvvəl işi görənə, işə
başlayana arxa
durar!
Yoxsa, bütün günü evdə, məsciddə oturub yalvarmaqla, dua etməklə
heç zaman iş irəli getməz!
***
Uzun illər boyu Tanrı bizi sanki eşitmirdi...
Yalvarışlarımızı cavabsız qoyurdu...
Anlamırdıq, günahımız nəydi?!
Bəlkə sovet dövründə məscidlərə az getməyimiz, oruc tutmamağımız, digər dini ayinləri yerinə yetirməməyimizə
görə?!
Bəlkə elmi ateizm dərslərində qiymət almaq üçün Tanrının varlığını danmaq məcburiyyətində qaldığımıza görə?!
Bəlkə dünyanın ən yalançı,
ən bic, ən yaltaq və ən alçaq milləti ilə qonşuluq
etdiyimizə görə?!
Amma
bunların da hamısı
Tanrının iradəsi ilə baş vermişdi!
Sovet hakimiyyəti çox
güclü, əzazil,
qəddar və qaniçən quruluş idi!
Onun yetmiş illik mövcudluğu
dövründə 50 milyondan çox adam
öz əcəli ilə ölməyib, müxtəlif
üsul və vasitələrlə öldürülüb!
Sovetin mükəmməl
repressiya sistemi, cəza mexanizmləri vardı.
Fərqli bir ideologiyaya, kommunizm
xülyasına xidmət edirdi...
Dinsizliyi də özünə hədəf
seçmişdi...
Həm də nəinki hədəf
seçmişdi, Allaha inananları təqib edir, dini məbədlərə
gedənləri cəzalandırır, ən yaxşı halda
ahıl və pensiyaçılara güzəştə gedərək
onları yalnız qınağa tuş gətirirdi.
***
İndi də əsl səbəbi
bilmək və söyləmək çətindir!
Fakt bu idi ki, 80-ci illərin
sonlarında SSRİ adlı super dövlətin
dağılması ərəfəsində Tanrı bizdən
üz çevirdi!
Özü də yalnız üz
çevirmədi, cəzalandırmağa başladı!
Bəlkə də hansısa “təzə”
əməlimizə görə qəzəblənmişdi...
Əvvəlcə 1990-cı ilin 20
Yanvar müsibətini başımıza gətirdi!
Bizi rəhbərsiz,
böyüksüz qoydu!
Beləliklə, bir millət olaraq
maymaqların, qorxaqların, təcrübəsiz və səriştəsizlərin
ümidinə qaldıq!
O dövrdə respublikaya
başçılıq edənlərin bir gözü və
iki qulağı Moskvada idi!
Nə dünyada, nə SSRİ
miqyasında baş verən təlatümlü hadisələrdən
baş çıxarır, sabah nə
olacağını təsəvvür edir, nə də
müvafiq, müstəqil addımlar atırdılar!
Xalqa gün ağlamaq, torpaqların
müdafiəsini təşkil etmək, ordu yaratmaq barədə
düşünmək əvəzinə əhalidəki ov
tüfənglərini belə yığaraq insanları əliyalın
qoydular!
Özlərini demokrat sayan
“meydan qəhrəmanları” isə neçə
yaşayış məntəqəsinin itirilməsi
bahasına iqtidara gələndən sonra ciblərini
düşündüklərindən, gülünc, səriştəsiz
siyasət (əgər buna siyasət demək mümkün idisə)
yeritdiklərindən vəziyyəti daha da pisləşdirdilər,
Azərbaycanı bir dövlət kimi məhvolma həddinə
çatdırdılar.
***
... Torpaqlar kəndbəkənd
işğal olunur, təkcə Vətəni müdafiəyə
qalxan qeyrətli oğullar deyil, vəhşi və alçaq
düşmənin qeyri-insani əməlləri nəticəsində
qocalar, qadınlar, körpə uşaqlar belə
öldürülür, düzlərə düşərək
yurdsuz-yuvasız, ac-yalavac qalırdılar.
Zülm ərşə dirənsə
də, bunu nə Avropa, nə dünya görür, nə erməniyə
dur deyən tapılırdı!
Əksinə, yanan da biz idik, yaman da!
Adımızı “vəhşi”, “qəddar”
müsəlman qoyaraq bizi “zavallı”, “mədəni və qədim”
erməniyə qırdırır, torpaqlarımızın
işğalına, soyqırımı və qəddarlıq
hallarına göz yumurdular!
Tanrı da bütün bunları
görə-görə səbir edirdi!
Sanki bizə nə səbəbdənsə
verdiyi cəzanın müddətinin bitməsini gözləyirdi...
1993-cü ildə deyəsən
ürəyi bir qədər yumşaldı...
Sanki bu dövr üçün
qoruyub saxladığı, Kremlin xəstəxanasından
salamat qurtardığı övladını, əslində,
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevi
yenidən geriyə, ölkə rəhbərliyinə
qaytardı...
Bununla da Azərbaycanı bir
dövlət kimi məhvolmadan, kiçik xanlıqlara
bölünmədən qurtardı.
Amma həmin dövrdə Ulu Öndərimiz
üçün də asan deyildi!
Yoxsul, başıpozuq bir ölkədə
vəziyyəti nizama salmaq xeyli müşkül
görünürdü!
Bundan sonra da Tanrı bizi daha iki dəfə
- 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında
ağır sınağa çəkdi!
Yalnız Heydər Əliyevin şəxsi
şücaəti, müdrikliyi, qətiyyət və
qorxmazlığı sayəsində dövlət
çevrilişi cəhdlərinin qarşısı
ustalıqla alındı, bu dəfə xalq öz rəhbəri
ilə birlikdə olduğundan sınaqdan üzüağ
çıxdı!
Deyəsən Tanrı da
yavaş-yavaş mərhəmətini göstərməyə
başlayırdı...
Ulu Öndərimiz zaman itirmədən
bir neçə istiqamətdə fəaliyyət göstərir,
sutkanın on səkkiz saatını işləyirdi!
BELƏLİKLƏ:
* müharibə cəbhəsində
atəşkəsə nail olundu;
* əhalidəki
külli miqdarda qanunsuz silah-sursat yığıldı;
* ölkə
anarxiya, xaos, qanunsuzluq və başıpozuqluqdan qurtardı;
* qaçqın və
məcburi köçkünlər yerləşdirildi, onlara
sistemli dövlət qayğısı və yardımı
yoluna qoyuldu;
* yeni Konstitusiya
hazırlanaraq qəbul olundu, bazar iqtisadiyyatı prinsiplərinə
keçidə başlandı;
* özəlləşdirmə
proqramları icra edildi, dövlət əmlakının
dövlətsizləşdirilməsi prosesinə start verildi;
* torpaq islahatı
keçirildi;
* ordu quruculuğu
prosesi nizama salındı;
* “Əsrin müqaviləsi”
neft kontraktı imzalandı, sürətli və davamlı
iqtisadi inkişafın təməli qoyuldu və s.
Ancaq ömür Ulu Öndərimizə
vəfa etmədi!
Ümummilli Liderimiz Heydər
Əliyev Qarabağın işğaldan azad edilməsini və
digər taleyüklü problemlərin həllini cənab
İlham Əliyevin üzərinə qoyaraq Azərbaycan
xalqına sonuncu müqəddəs vəsiyyətini söyləyib
əbədiliyə qovuşdu...
Xoşbəxtlikdən İlham
Əliyevin güclü çiyinləri bu ağır və məsuliyyətli
yükə tab gətirdi və bütün vəzifələri
şərəflə, hünər və qəhrəmanlıqla
yerinə yetirdi!
Görünür Tanrımız da
budəfəki xilaskarlıq missiyasının icrasını
İlham Əliyevin taleyinə yazıbmış və sonadək
arxasında duraraq möcüzələr yaratmasında köməyi
və dayağı oldu!
***
Bəli, Allah-Təala Azərbaycan
xalqına köməyini məhz özünün seçdiyi
sevimli bəndəsi İlham Əliyevin əli ilə etdi!
Bundan sonra özü də
üzünü xalqımıza doğru çevirdi,
Prezidentimizə dayaq durdu, sözünü kəsərli,
gücünü tükənməz, işini avand etdi!
Allah sevdiyi bəndəsinə həmişə
lütf göstərir!
* Baxın, cənab İlham Əliyevə
iki dəfə Həcc ziyarəti, Kəbədə namaz
qılmaq səadəti nəsib olub!
* Azərbaycan tarixində İlham
Əliyev qədər məscid, kilsə, sinaqoq tikdirən
ikinci bir dövlət başçısı olmayıb!
* İlham Əliyev ölkə ərazisində
uzun müddət baxımsız qalan, bərbad günə
düşən məscidləri, bir sıra dini ocaqları və
türbələri yüksək səviyyədə təmir
etdirərək xalqın sərəncamına verib;
* Neçə alban kilsəsi məhz
onun sayəsində abadlaşdırılaraq
qapılarını inanclı insanların üzünə
açıb;
* Heydər Əliyev Fondunun dəstəyi
ilə valideynlərindən məhrum uşaqlar
üçün uşaq evləri, internat məktəbləri
inşa olunub, müstəqil həyata qədəm qoyan kimsəsiz
yeniyetmələrə və gənclərə təhsil, mənzil,
iş verilib;
* Fiziki qüsurlu və müxtəlif
xəstəliklərə mübtəla uşaqların
müalicəsi, aktiv həyata inteqrasiyası üçün
müalicə müəssisələri, bərpa mərkəzləri
yaradılıb;
* Bu gün isə erməni
vandallığı nəticəsində
dağıdılmış, təhqir olunmuş məscid və
digər məbədlərin bərpası
ilə bağlı dəyərli layihələr gerçəkləşdirilir
və onların ilk nümunələrini artıq mədəniyyət
paytaxtı Şuşada görürük!
Tanrı İlham Əliyevə daim
arxa durur, kömək edir, gücünə güc qatır!
Bəs
Qarabağımızın xilaskarı İlham Əliyevin real
gücü nədədir?
* İlk növbədə xalq-iqtidar
birliyində, ölkə daxilində milli birliyin
yaradılmasındadır!
* İlham Əliyev xalqın nə
istədiyini bilir və daim onu uğurla gerçəkləşdirməyi
bacarır!
* Yüksək intellektə, zəngin
və hərtərəfli biliyə, xarizmaya malik unikal şəxsiyyətdir!
* Nəyi nə vaxt və necə etməyi
gözəl bilir, ən məsuliyyətli
addımlarını ən dəqiq məqamda atır!
* Fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə,
yüksək polemika bacarığına sahibdir!
* Uzaqgörənliyi, dünya siyasətinin
incəliklərinə dərindən bələdliyi, diplomatik
məharəti hamı tərəfindən etiraf olunur!
* Dostluq münasibətləri
qurmağın, dövlətləri birgə əməkdaşlığa
cəlb etməyin, bütün tərəfləri razı
salan, hər kəsin marağını təmin edən
işbirliyi yaratmağın ustasıdır!
* Dönməz iradəsi,
açıq və səmimi davranışı, qətiyyət
və prinsipiallığı bütün dünyaya bəllidir.
* Hamı cənab İlham Əliyevin
dediyi sözün, verdiyi vədin yiyəsi olmasına,
“sözümüz imzamızdır” prinsipinə daim əməl
etməsinə şahiddir.
* Müasir düşüncə
sahibi olaraq cari fəaliyyətini uzaq perspektivli məsələlərin
həlli ilə üzvi surətdə əlaqələndirməyi
ustalıqla bacarır.
* Böyük fiziki gücə,
yüksək və gərgin iş qabiliyyətinə malikdir.
* Bir sözlə, Tanrı
Qarabağın xilaskarı kimi seçdiyi İlham Əliyevdən
heç nəyini əsirgəməyib!
Daha maraqlı bir fakt.
Cənab İlham Əliyev ölkə
rəhbərliyinə başladığı dövrdə hətta
ölkənin bütün ərazisinə sutkanın 24
saatı ərzində elektrik enerjisi verilməsi belə
mümkün deyildi, xaricdən təbii qaz alırdıq...
Bu gün isə Azərbaycan
dünyaya təkcə neft, neft məhsulları və təbii
qaz deyil, həm də elektrik enerjisi ixrac edir və ilbəil
onun həcmini artırır.
Yaxud, “Əsrin müqaviləsi”
sayəsində ölkəyə neft gəlirləri gəlməyə
başlayanda Tanrının köməyi ilə dünya neft
bazarlarında xam neftin qiyməti sürətlə artmağa
başladı.
Bu gün - Qarabağın dirçəldilməsinə
başladığımız zamanda da neftin və qazın qiyməti
yüksəlir!
Bunlar Tanrının
lütfü deyilmi?!
***
Dəyişən möhtəşəm
reallıq dövlətimizin də gücünə güc
qatıb!
Vaxt var idi dünya və
Avropa qurumlarında ermənipərəst qüvvələrin
köməyi ilə Azərbaycana böhtanlar atılır,
sıxışdırılır, müxtəlif təsir və
təzyiqlər göstərilirdi.
Adətən, belə hallarda
özümüzü müdafiə edir, əsl həqiqətləri
söyləməyə çalışır, bizə
qarşı yönəldilən faktların
yalanlığını isbat etməyə can atırdıq.
Bu gün təkcə bunları
etmirik!
Bizə şər və böhtan
atıb borclu çıxarmağa çalışanları
dedikləri ilə bağlı öz ölkələrində
baş verənləri tarixi ardıcıllıqla yadlarına
salır, öz əməllərini, naqis işlərini
sübutlarla açıb tökür, öz gözlərindəki
tiri də görməyə çağırırıq!
Daim hücum mövqeyindəyik!
Çünki müharibə
meydanında qazandığımız qələbə,
diplomatiya və informasiya cəbhəsindəki
uğurlarımız mövqelərimizi əsaslı şəkildə
gücləndirib, beynəlxalq qurum və təşkilatlarda fəaliyyətimizin
səmərəliliyinin yüksəlməsinə münbit
şərait yaradıb!
Daha barəmizdə kimsə,
haradasa, nəsə deyəndə bir o qədər də
narahat olmuruq.
MƏSƏLƏN:
* ATƏT-in Minsk qrupunu xortlatmaq istəyənlər
var;
* Ermənistanda və onun havadarları
sırasında arabir “status” deyib sayıqlayanlar olur;
* ABŞ-ın Ermənistandakı səfiri
hərdən vəzifəsinə və səlahiyyətlərinə
uyğun gəlməyən, amma erməniyə xoş gedən
“söhbətlər” edir;
* Biabırçı məğlubiyyətə
uğrayaraq kapitulyasiya aktına qol çəkən Ermənistanın
xarici işlər naziri özünü unudaraq delimitasiya və
demarkasiya proseslərinin başlanılmasını müəyyən
“şərtlərlə” bağlamağa can atır və s.
İlham Əliyev belə halda ironiya
ilə gülümsəyir, “dəmir yumruğ”unu sıxır
və təmkinlə, amma qətiyyətlə xəbərdarlıqlarını
da edir!
Bu gün qalib Azərbaycan dövləti
ağıryüklü karvana bənzəyir və inamla,
dayanmadan məqsədə doğru irəliləyir!
Artıq Azərbaycan öz sərhədlərinin
haradan keçdiyini hamıdan yaxşı bilir və zəruri
saydığı tədbirlərini də görür:
Məsələn, indiyədək
azad edilmiş ərazilərdə 104 sərhəd -
döyüş məntəqəsi yaradılaraq xidməti -
döyüş fəaliyyətinə başlayıb!
Bərpa-quruculuq işləri də
görünməmiş sürətlə aparılır:
Yeni yollar çəkilir, dəmir
yolu xətti salınır, dağların altından tunellər
qazılır, meşələr və yaşıllıqlar bərpa
olunur, “ağıllı” kənd və şəhərlərə
çevriləcək layihələrin icrasına start verilir,
bir sözlə, insanların doğma yurda tezliklə
qayıtmaları üçün zəruri infrastruktur və
şərait yaradılır!
İlk qayıdış isə bax elə
bu il baş tutacaqdır!
Qaldı “status”a, o hələ də
Prezidentimizin “göndərdiyi yerdə” düşüb
qalıb...
Bütün bu nəhəng və
genişmiqyaslı işlərin təşkilatçısı
və aparıcısı Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevdir!
İlham Əliyevin arxasında isə
onu seçən və sevən, sevimli bəndəsinə
çevirən Ulu Tanrı dayanır!
27 illik həsrət və möhnətdən
sonra ilahi ədaləti bərpa edən, 44 günlük
müharibədə bizə ən az itki ilə
ən möhtəşəm Zəfər qismət edən
Tanrımız!
Belə söyləyirlər ki,
Allah-Təala iki kərə gülümsəyir:
Birinci dəfə özü kimisə
qaldıranda bəzilərinin onun ayaqlarından tutaraq mane olmaq
cəhdlərini görəndə;
İkincidə isə kimisə
yıxmaq istəyəndə bir sürü insanın onu
yıxılmağa qoymamaq üçün az
qala dəridən-qabıqdan çıxaraq tər
tökdüklərini seyr edəndə!
Tanrı bu gün qalib Azərbaycanı
İlham Əliyevin qüdrətli əli ilə yüksəldir!
Ermənistanı isə yerləyeksan
edir!
Azərbaycanı gülə-gülə
ayağa qaldırır!
Məscidlərdə donuz saxlayan Ermənistanı
isə yerlə süründürür və hələ
bundan belə başına çox fəlakətlər də
gətirəcəkdir!
Tanrının arxa durduğu, kömək
göstərdiyi insan möcüzələr yaratmağa qadir
olur və yaradır!
Buna şahid olmaq istəyənlər
hər zaman Azərbaycana gələrək Qarabağa, mədəniyyət
paytaxtı Şuşaya səfər etməklə deyilənləri
öz gözləri ilə görə bilərlər!
Tanrı artıq öz
üzünü Azərbaycan tərəfə çevirib və
bütün köməyini edir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2022.- 10 fevral.- S.1; 3.