Əlibaba Balaəhməd oğlu Məmmədov

 

Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili almış, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnmişdir.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaratdığı “Hümayunxalq çalğı alətləri ansamblına otuz il boyunca rəhbərlik etmişdir. O, eyni zamanda, 1978–1988-ci illərdəAzkonsert birliyi”nin solisti olmuşdur.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirmişdir. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyiRast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlmiş musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutmuşdur. Geniş repertuarı, məlahətli səsi bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırmışdır. Sənətkarın müqtədir şairlərimizin şeirlərinə sözlə musiqinin uğurlu vəhdətində bəstələdiyi çox sayda mahnı təsniflər dillər əzbəri olmuş, dinləyicilərin qəlbində silinməz iz qoymuşdur.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Azərbaycan Milli Konservatoriyasında dərs demiş, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılamışdır. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların müsabiqələrin qalibi adına layiq görülmüşlər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olanŞöhrət”, 2010-cu ildəİstiqlal 2020-ci ildəŞərəfordenləri ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi təvazökar insan Əlibaba Məmmədovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Arif Babayev

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

 

Azərbaycan.- 2022.- 27 fevral.- S.3.