Birinci vitse-prezident Mehriban
Əliyeva: “Əlibaba Məmmədovun vəfatı
mədəniyyətimiz, bütün
xalqımız üçün böyük və əvəzsiz itkidir”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində edilən paylaşımda deyilir:
“Azərbaycan muğam sənətinin görkəmli
nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz,
bütün xalqımız üçün böyük
və əvəzsiz itkidir. O,
yaşından asılı olmayaraq,
kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun
bəstələdiyi gözəl mahnılar məharətlə
ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir.
Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində
əbədi yaşayacaqdır. Allah rəhmət
eləsin”.
Azərbaycan.-
2022.- 27 fevral.- S.3.