Xalq artisti Əlibaba Məmmədov
son mənzilə yola salınıb
Fevralın 26-da 1-ci Fəxri xiyabanda Xalq artisti Əlibaba
Məmmədovun dəfn
mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, dəfn mərasimində Mədəniyyət Nazirliyinin
əməkdaşları, tanınmış
mədəniyyət xadimləri,
mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Mərhumun məzarı üzərinə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.
Mədəniyyət naziri Anar Kərimov
Əlibaba Məmmədovun
yaradıcılığından və muğam sənətinə töhfələrindən
söz açıb. Bildirib ki,
Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub. Bu mahnılar xalq
tərəfindən sevilir.
Diqqətə çatdırılıb ki,
müəllimi Seyid Şuşinskidən öyrəndiklərini
təkmilləşdirərək illərlə gənc nəslə ötürüb. Azərbaycan xanəndəlik
məktəbinin layiqli
davamçısı kimi
Əlibaba Məmmədov
milli musiqi xəzinəsini daha da zənginləşdirmiş
böyük sənətkardır.
Özünəməxsus ifa üslubu,
məlahətli səsi
və yüksək səhnə mədəniyyəti
Əlibaba Məmmədova
xalqın sevgisini qazandırıb. Əlibaba Məmmədovun
yaradıcılıq yolu
gənc xanəndələr
nəsli üçün
bir sənət məktəbidir.
Mərasimdə görkəmli sənətçilər
Əlibaba Məmmədovla
bağlı xatirələrini,
fikirlərini bölüşüblər.
Muğam sənətində
ağır itki üz verdiyini söyləyən Xalq artisti, professor Ramiz Quliyev deyib:
“Çox çətin
anları yaşayırıq.
Mən Əlibaba Məmmədovu gənclik illərimdən,
filarmoniyada çıxış
etdiyim vaxtlardan tanıyıram. Məşqlər zamanı o, bizə yaxınlaşıb hamımızla
görüşür, biz də
onu böyük sayıb əmi deyə müraciət edərdik. Əlibaba
Məmmədov bir sənətçi kimi özündən sonra oxuduğu mahnılarını,
lent yazılarını qoyub
getdi. O, bununla dövlətə, torpağa
olan sadiqliyini nümayiş etdirdi. Əlibaba Məmmədov öz mahnıları ilə insanlara ruh verirdi.
Bu yaxınlara qədər ona zəng edib əhvalını soruşurdum.
O da cavabında “yaxşı” deyirdi. Bu, bir dostluq
nümunəsi, insanlara
bəslədiyi sevginin
göstəricisi idi.
Xalq onun sənətini unutmayacaq, daim yaşadacaq”.
Xalq artisti Alim Qasımov
bildirib ki, Əlibaba Məmmədovu bütün xalq sevir. Muğam aləmində Əlibaba
Məmmədov gözəl
ömür yaşadı,
öz çələngini,
sənətini bizə
təhvil verib getdi.
Xalq artisti Mənsum İbrahimov deyib: “Əlibaba Məmmədov gözəl
xanəndə, gözəl
pedaqoq, çoxlu sayda mahnının müəllifi idi. Mən hər zaman onun davranışından,
insanlara münasibətindən
nümunə götürmüşəm.
O qədər pozitiv, insanlarda xoş ovqat yaradan insan
idi ki… Onun xatirəsi
xalqımızın xatirəsindən
silinməyəcək. Tək onun “Xudayar” təsnifini xatırlatmaq kifayətdir ki, bizim Qarabağ savaşında dillər əzbəri idi”.
Qeyd edilib ki, görkəmli
sənətkarın işıqlı
xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaq.
Azərbaycan.-
2022.- 27 fevral.- S.3.