İlham Əliyevlə Rəcəb Tayyib
Ərdoğanı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlət
başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin
gələcəkdə də bütün
sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə
əminliklərini bildirib, əlaqələrimizin
perspektivləri və qarşılıqlı maraq
doğuran məsələlər barədə
fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2022.- 27 fevral.- S.3.