Dədə Qorqudun vəsiyyətinə sadiqik

 

 

İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri ordumuzun daha da gücləndirilməsi ilə paralel aparılır

 

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə dünya hərb tarixinə böyük hərflərlə yazılıb. Bu gün bütün dünya zəfərimizi qəbul etməklə yanaşı, postmüharibə dövründə yaranan reallıqları da dəstəkləyir.

Bununla belə Ermənistanın ağır məğlubiyyətdən nəticə çıxarmadığı açıq-aydın görünür. Ermənilər köhnə havanı çalmaqla Minsk qrupunu dirçəltmək, keçmiş Dağlıq   Qarabağın statusunu yenidən gündəmə gətirmək kimi mənasız  tələblərlə çıxış edirlər. Bu işə ABŞ və Fransanı qatmaq istəsələr də, Rusiya bundan qəti şəkildə boyun qaçırır. Çünki Moskva bu məsələdə Prezident İlham Əliyevin qəti mövqeyini bilironu qəbul edir.

Nikol Paşinyanın KİV-ə verdiyi müsahibələr, absurd bəyanatlar və ölkəmizin əleyhinə səsləndirdiyi cəfəng fikirlər onun çarəsizliyindən qaynaqlanır. Çünki müxalifət ona ciddi müqavimət göstərir və onu ölümlə, hakimiyyətdən devirməklə hədələyir. Daxili çəkişmələr Ermənistandakı sosial-iqtisadi durumu da dərinləşdirir. Görünən odur ki, çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaq və Türkiyə ilə münasibətləri bərpa etməkdir. Ancaq əsrlərlə düşmənçilik ruhunda tərbiyə olunan erməni cəmiyyəti və siyasətçilər bunu qəbul edə bilmirlər.

 Prezident İlham Əliyevin postmüharibə dövründə apardığı müdrik siyasət Ermənistanı daha da çətin vəziyyətə salır. Dövlət başçısının Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü 5 şərt beynəlxalq hüquq prinsiplərinə uyğundurbu üzdən qonşu ölkə onu qəbul etməyə məcburdur. Necə deyərlər, geriyə yol yoxdur.

Dövlət başçısının postmüharibə dövründə apardığı siyasətin üç prinsipi uğurla yerinə yetirilir. Bu siyasət özündə iqtisadi, diplomatik və hərbi komponentləri birləşdirir. Hazırda işğaldan azad edilən ərazilərdə aparılan infrastrukturiqtisadi layihələri dünya diqqətlə izləyir. Müharibə dövründə bacarıqlı sərkərdəyə məxsus keyfiyyətləri nümayiş etdirən Prezident İlham Əliyev indiqurucu lider kimi təqdir olunur.

Müharibənin başa çatmasından ilyarım vaxt keçməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə nəhəng bərpa-quruculuq layihələri icra edilir. Biz buna dövlət başçısının iyunun 26-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir daha şahid olduq. Prezident İlham Əliyev Kəlbəcərdə "İstisu" sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında bu barədə demişdir: "Eyni zamanda bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su-elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su-elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.

Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər".

Təqdirəlayiq haldır ki, işğaldan azad edilən ərazilərdə işlər müasir dünya şəhərsalma standartlarına uyğun aparılır. Çünki dövlət başçısının bərpa işlərinə öz baxışı və konsepsiyası var. Bu baxımdan Kəlbəcər şəhərinin də bərpasında müasir dünya standartları tətbiq olunacaq. Üstəlik, rayonun özünəməxsus coğrafi relyefiiqtisadi potensialı nəzərə alınacaq.

Səfər zamanı dövlət başçısına məlumat verildi ki, Kəlbəcərin Baş planının icrası zamanı şəhərin özünəməxsus simasının formalaşmasına diqqət yetiriləcək. Bunun üçün yerli və ənənəvi memarlıq üslubundan istifadə ediləcək. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətrafında isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Kəlbəcərdə də Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan rayonlarında olduğu kimi, Zəfər və İşğal muzeyləri yaradılacaq. Dövlət başçısının bu ideyası tarixi olduğu kimi yaşatmaq və gələcək nəsillərə çatdırmaq istəyindən irəli gəlir.

İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri aparılarkən sosial-iqtisadi layihələr paralel aparılır. Bölgədə elektrik enerjisi istehsal edən obyektləri buna misal göstərmək olar. Belə ki, burada tikilən və tikiləcək günəş, külək və su-elektrik stansiyaları bölgənin enerjiyə olan tələbatını ödəməklə yanaşı, ixrac imkanı da yaradacaq. Üstəlik, bu elektrik stansiyaları ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" mənbələri olacaq. Burada tikiləcək  avtomobil  dəmir yolları, hava limanları bölgənin sosial-iqtisadi inkişafına paralel şəkildə xidmət edəcək.

İşğaldan azad edilən ərazilərin təbii ehtiyatları zəngindir. Həmin resurslardan istifadə etmək ölkəmizin iqtisadi inkişafına əlavə təkan verəcək. Bu üzdən bölgədə yerli xammaldan istifadə üçün sənaye parklarının tikintisinə başlanılıb. Bölgə sənaye ilə yanaşı, ölkəmizin kənd təsərrüfatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Belə ki, işğaldan azad edilən torpaqlar münbit olduğu üçün yüksək məhsul götürmək mümkündür. Üstəlik, bu ərazidə məhsul yetişdirmək üçün su problemiolmayacaq. Çünki ölkəmizdə formalaşmış su ehtiyatlarının 20 faizi bu ərazinin payına düşür. Laçın rayonunda tikiləcək "Həkəriçay" su anbarı isə ölkəmizin suya olan tələbatının daha da yaxşılaşmasına imkan verəcək.

Amma tikib-qurduğumuzu, əkib-biçdiyimizi qorumaq üçün hərbi gücümüz olmalıdır. Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etməsi bizim buna hazır olmağımıza işarədir. Dövlət başçısı erməni revanşistlərini xəbərdar edərək demişdir: "Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 1 iyul.- S.1;8.