Ermənistanın dövlət borcu 10 milyard dollara yaxınlaşır

 

 

Ölkədə sosial-iqtisadi böhran milli fəlakətə çevrilir

 

 

 

Son ayların təhlili Ermənistanda sosial-iqtisadi durumun getdikcə daha ağır vəziyyətə düşdüyünü, ölkədə insanların böyük məhrumiyyətlər içində yaşamağa məcbur olduğunu göstərir. Bu vəziyyətdən xilas olmaq üçün isə mövcud Ermənistan hakimiyyəti tərəfindən əhaliyə hansısa inandırıcı perspektiv vəd edilmir. Bütün bunlar Ermənistan iqtidarı ilə əhali arasında daha böyük uçurumun yaranmasıyla müşayiət olunur.

Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il may ayının sonunda dövlət borcu təxminən 9 milyard 581 milyon dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 355 milyon dollar ya 3,8 faiz çoxdur. Daxili borc 18,2 faiz artaraq 3 milyard 047 milyon dollar təşkil edib. Əgər bu ilin əvvəli ilə müqayisədə ilin sonunda dolların məzənnəsi aşağı olarsa, Ermənistanın dram ifadəsində dövlət borcu daha az olarsa, o zaman dövlət borcu ÜDM nisbəti proqnozlaşdırılan 60,2 faizdən aşağı olacaq. Dollar ucuzlaşanda dövlət üçün borc yükü müəyyən qədər yüngülləşir. Ermənistanın dövlət borcunun əsas hissəsini, təxminən 70 faizini xarici borclar təşkil edir. Əsasən dollarla alınır ödənilir, lakin dövlət büdcəsindən məbləğ təbii olaraq Ermənistan dramı ilə verilir, ona görə dollar qədər ucuz olsa, dövlət borcunun əsas məbləğlərinə faiz ödənişlərinə bir o qədər az vəsait yönəldilir. May ayının sonundan, xüsusən iyunun ilk iki həftəsində dram dollar qarşısında kəskin bahalaşıb.

Digər tərəfdən  ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi onlardan haqq tələb olunması, istər xarici, istərsə yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amillərdəndir. Xarici investorlar iqtisadi inkişafı sual altında olan məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə yatırılmasının dərəcədə böyük risk olduğunu yaxşı bilirlər. Xarici yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətə salıb.

Bu arada Ermənistan Mərkəzi Bankı illərdir bəyan edir ki, ölkə "üzən məzənnə" siyasəti aparır. Bu gün isə İrəvanda dolların və avronun məzənnəsi kifayət qədər sürətlə aşağı düşür, əvəzində rublun qiyməti qalxır, bu da təbii olaraq Ermənistan vətəndaşlarında ölkənin maliyyə bazarında baş verənlərlə bağlı böyük həyəcan yaradır. Ermənistan geniş geosiyasigeoiqtisadi dəyişikliklərin təsirini hiss edir ki, bu da bir neçə amildə özünü göstərir və bununla da məzənnə bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olur.

Ukrayna münaqişəsi fonunda Ermənistanın Rusiya qazının pulunu rublla ödəməyə başladığı barədə məlumatlar var idi. Bu o deməkdir ki, Ermənistanda dollara tələbat ən azı "ArmRosQazprom"un "Qazprom"a ödəməyə getdiyi qədər azalıb. Nəticədə valyutaya tələb ayda on milyonlarla dollar azalıb, bu da onun ucuzlaşmasına səbəb olan amildir. Üstəlik, tələbin azalması ilə yanaşı, məsələn, Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda Ermənistana köçən on minlərlə rus təklif çatışmazlığını artırıb. Onların əksəriyyəti rublla deyil, dollarla ölkəyə gəlib. Bu isə o deməkdir ki, Ermənistanda dollara tələbat azalıb, əvəzində təklif artıb, bu da təbii olaraq onun qiymətinin ucuzlaşmasına "töhfə verir".

2021-ci ildə ölkədə nominal əməkhaqqı 7,6 faiz, qiymətlər isə 7,2 faiz artıb. Belə çıxır ki, işçilərin real gəlirlərində cəmi 0,4 faiz artım olub. Bundan əlavə, orta real gəlirlərdən danışarkən pensiya, müavinət və s. sahəsində azalma əslində daha böyükdür.

Banklarda isə vəziyyət çox acınacaqlıdır. İl ərzində Mərkəzi Bankın ehtiyatları təxminən 200 milyon dollar azalıb. 2021-ci ilin sonunda iqtisadiyyata kredit verilməsi məhdudlaşdırılıb. Bununla bərabər, 2021-ci ilin mart-dekabr aylarında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 150 milyard dram azalıb.

Beləliklə, proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiq edir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 1 iyul.- S.12.