“İlham
Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb
Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və bundan sonra da öz məqsədlərimizə çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Əgər bütün bunlar gündəlik həyatda öz əksini taparsa, doğrudan da Cənubi Qafqazda sülh, əmin-amanlıq olar, müharibə riskləri xeyli dərəcədə azalar və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq, qurub yarada bilərik.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 118-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Prezidentin müşavirədə giriş və yekun nitqinin mətnləri ilə yeni kitabda tanış olmaq mümkündür.
Çoxcildliyin bu kitabındakı materiallar 2022-ci ilin fevral-aprel aylarını əhatə edir.
Kitaba Azərbaycan
Prezidenti İlham Əliyevin TASS agentliyində
Rusiya Federasiyasının
aparıcı kütləvi
informasiya vasitələrinin
rəhbərləri ilə
görüşünün materialları da daxil edilib. Dövlətimizin başçısının çıxışında
və suallara cavabında Azərbaycanın
tarixi və bugünkü reallıqlar,
multikultural dəyərlər
əksini tapıb.
Prezident
İlham Əliyevin Azərbaycana səfərə
gəlmiş Qırğız
Respublikasının Prezidenti
Sadır Japarov ilə görüşü,
iki ölkə arasında sənədlərin
imzalanması haqqında
informasiyalar, prezidentlərin
mətbuata bəyanatlarının
mətnləri, habelə
dövlətimizin başçısının
Türkiyəyə və
Belçikaya işgüzar
səfərlərinə dair
materiallar da bu nəşrdə yer alıb.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa
və yenidənqurma işlərini daim diqqətdə saxlayan Prezident İlham Əliyev martın 20-də
Tərtər rayonuna səfər edərək,
Suqovuşan qəsəbəsində
fərdi evdə aparılmış təmir-bərpa
işləri, 144 şagird-yerlik
tam orta məktəbdə
təhsilin vəziyyəti
ilə tanış olub. Dövlətimizin başçısı qəsəbədə yeni
məscidin və turizm kompleksinin təməlqoyma mərasimlərində,
Müdafiə Nazirliyinin
“N” saylı hərbi hissəsinin açılışında
iştirak edib. Prezident Suqovuşanda bayram tonqalının önündən
Novruz bayramı münasibətilə Azərbaycan
xalqını təbrik
edib. Təbrikin mətni və
səfər haqqında
geniş informasiyalar yeni kitabda toplanıb.
“Azərnəşr” tərəfindən
buraxılan çoxcildliyin
118-ci kitabının hazırlanmasında
Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.- 2022.- 1 iyul.- S.3.