Qardaş Türkiyədə
meşə yanğınlarının söndürülməsində
iştirak etmiş FHN-in amfibiya təyyarəsi
ölkəmizə qayıdıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə kömək məqsədilə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə ölkəmizə qayıdıb.
Nazirliyin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
qarşısında qoyulmuş tapşırıqları
yüksək peşəkarlıqla yerinə yetirən və
yerli yanğınsöndürmə qüvvələri ilə
birgə yanğınların tam söndürülməsinə
nail olan amfibiya təyyarəsi bu gün saat 14:25-də Heydər
Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Azərbaycan.-2022.- 1 iyul.- S.11.