Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin   12-ci bəndini və 114-cü maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alıram:

 

1. Aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin:

 

Bağırov Məhəmməd Abduləli oğlu   -   Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı   -    Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu     - Tovuz Rayon Məhkəməsinin hakimi.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2022-ci il

Azərbaycan.-2022.- 1 iyul.- S.6.