"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri

 

 

Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Medalın ümumi təsviri

 

"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

 

 

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfi dairəvi xətlə haşiyələnmişdir, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) embleminin elementləri olan günəş, yarpaq, dağ (zirvə) dalğa rəmzli kvadratlardan ibarət kompozisiya təsvir edilmişdir.

 

2.2. Medalın ön tərəfində yuxarıdan aşağıya doğru çevrə boyunca "ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunmuşdur yuxarı hissənin mərkəzində, yazıların arasında, səkkizguşəli ulduz təsvir edilmişdir.

 

2.3. Medalın ön tərəfinin səthi nahamardır, dairəvi xətt, emblem, səkkizguşəli ulduz sözlər relyeflidir, boz rəngdədir.

 

 

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində "AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur.

 

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası nömrəsi göstərilir.

 

3.3. Bütün yazılar rəqəmlər relyefli boz rəngdədir.

 

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 50 mm x 37 mm ölçülü xara lentə iki halqa ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm, aşağı hissəsinə isə 40 mm x 5,5 mm ölçülü boz rəngli metal lövhə bərkidilmişdir.

4.2. Xara lentin üzərində mərkəzdə 7 mm enində boz, mərkəzdən sağ sol kənarlara doğru 15 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

Azərbaycan.-2022.- 1 iyul.- S.6.