"Ətraf
mühitin mühafizəsi sahəsində
fərqlənməyə görə" Azərbaycan
Respublikasının medalının təsis edilməsi ilə
əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2022-ci il
27 may tarixli 537-VIQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri"nin 2.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunla təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri"nin 2.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
2. "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinə verilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti "Ətraf mühitin
mühafizəsi sahəsində fərqlənməyə
görə" Azərbaycan Respublikasının
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD
nömrəli Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyun 2022-ci il
Azərbayca .- 2022.- 1 iyul.- S.6.