Son 20 ilin rekord daşqınları baş verir

 

Ölkədəki leysan yağışları, təbii fəlakətlər indi problem yaratsa da, faydası da var

 

 

Bu il ölkədə yağıntıların bol olması çaylarda sululuğu da artırıb. Çaylarda suyun səviyyəsinin qalxması isə selə, daşqın hadisələrinə səbəb olur.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, bu ilin iyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub. Əvvəlki illərdə daha az sel daşqın hadisələri baş versə , bu ilin iyun ayında əsasən şimal qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında daha çox  daşqın sel hadisəsi qeydə alınıb. Belə hadisələrin artması dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması ilə izah olunur.

Ümumilikdə Azərbaycan ərazisi dünyada daha çox sel müşahidə edilən zonalar sırasına daxil edilir. Respublika ərazisinin təxminən yarısını əhatə edən Böyük Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir. Ən çox sel Böyük Qafqazın cənub yamacında Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində baş verir. Sellər çay suları olan olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar ya temperaturun artması ilə qısa müddətdə əriyən qar suları hesabına yaranır. Ölkəmizdə yaranan sellərin isə 85-87 faizi yağış suları hesabına formalaşır.

 

 

 

İyul ayında da qısamüddətli daşqın  sel hadisələri gözlənilir

 

 

 

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qəzetimizə açıqlamasında deyib ki, iyun ayında ölkə ərazisinə yağan intensiv leysan yağışları nəticəsində Böyük Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın sel hadisəsi müşahidə olunub. Onun sözlərinə görə, ən təhlükəli daşqın hadisəsi Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb.

Ümumiyyətlə, iyun ayında 18  daşqın sel hadisəsi qeydə alınıb ki, bu da son 20 ildə ən yüksək göstəricidir.

Asif Verdiyev qeyd edir ki, Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsi 2 metrə qədər artıb. Bu artım Azərbaycanda Kür çayının Ağstafa rayonunun ərazisində Qıraqkəsəmən məntəqəsində iyunun 27-28-də özünü göstərib. Bu müddət ərzində Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 187 santimetr artıb ən yüksək səviyyəyə çatıb.

Hidroloq bildirir ki, artıq iyunun 28-dən başlayaraq bu günə kimi Kür çayının Gürcüstan ərazisindən keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Həmin ərazidə iyunun 30-na kimi suyun səviyyəsi 154 santimetr, Azərbaycanda isə iyunun 29-dan başlayaraq  30-na kimi suyun səviyyəsi 85 sm azalıb.

Hidrologiya Mərkəzinin direktorunun sözlərinə görə, ötən ay müşahidə edilən qeyri-sabit hava şəraiti iyun üçün o qədər xas deyil: "Əvvəlki illərdə bu qədər sel, daşqın hadisəsi qeydə  alınmırdı. Artıq yaz-yay gursululuq dövrü başa çatıb, hazırda  çaylarda müşahidə olunan daşqın  sel hadisələri yağan yağışlarla əlaqəlidir, yəni yağış daşqınlarıdır".

Asif Verdiyev vurğulayır ki, iyul ayında da Böyük Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın sel hadisələrinin müşahidə olunacağı istisna edilmir.

 

 

 

İqlimdə baş verən dəyişmələr dünya su ehtiyatlarına təsir göstərir

 

 

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov qəzetimizə açıqlamasında bildirir ki, bu gün təbiətdə iki əsas problem var: bunlar bir-biri ilə bağlı olan iqlim dəyişmələri su təminatı problemləridir. Alim qeyd edir ki, iqlimdə baş verən hər hansı dəyişmələr dünya su ehtiyatlarına ciddi təsir göstərir. XX əsrin sonlarında qeyd edilmişdi ki, XXI əsrin əvvəllərində dövlətlər xarici siyasətlərində su problemini əsas gündəliyə salacaqlar. Bu, indi, doğrudan da, baş verir.

Rza Mahmudov deyir ki, çayların il ərzində müxtəlif rejimləri olur. Daşqın rejimli çayların qidalanmasında 60-70 faiz yağış suları, gursulu rejimdə isə 60-70 faiz qar suları iştirak edir: "Mart-aprel aylarında çaylarımızın quruması ilə bağlı həyəcan təbili çalındı. Xüsusən Kür çayının aşağı axınında problemin böyük olduğu deyilirdi, amma bu, təkcə Kür çayına deyil, bütün çaylara, göllərə aid məsələdir".

Professor bildirir ki, Azərbaycanda, xüsusən Bakı Abşeronda may iyun ayında digər ölkələrə nisbətən havanın temperaturu normadan aşağı olub. Bununla belə, çaylarda baş verən daşqın, gursululuq, sel hadisələri birbaşa iqlimin təsiridir. Bizim çaylarda daşqın bir rejimdir, hər il olmalıdır, təbii prosesdir. Amma bir il yağıntı az düşə, qar örtüyü az ola bilər, həmin il azsulu dövr olur. Müəyyən illərdə, hətta Mingəçevir su anbarı layihə həcmində doldurula bilmir. Daşqın sel hadisələrinin həm səth, həm yeraltı su ehtiyatlarının formalaşmasında müstəsna rolu oldu. Bu gün Avropada, xüsusən Almaniya, İtaliya, İspaniyada quraqlıqdır, çaylarda suyun səviyəsi kəskin şəkildə aşağı düşür, böyük həyəcan təbili çalınır.

 

 

 

Daşqınlar su anbarlarımızın dolmasına səbəb olur

 

 

Şöbə müdiri qeyd edir ki, Azərbaycan az su təminatlı ölkələr sırasına daxildir, belə olan halda isə atmosfer yağıntılarının normadan çox olmasına sevinməliyik: "Təbii ki, daşqın, sel hadisələrinin qarşısının alınması üçün tədbirlər görülməlidir. Amma həmin sular eyni zamanda su anbarlarımızın dolmasına səbəb olur. Bu il çoxsulu illər sırasındadır. Yağıntılar olmasaydı, məhsuldarlıq aşağı düşəcək, meşə zolaqlarımızın su ilə qidalanması zəifləyəcək, təbii meşə yanğınları artacaqdı".

Rza Mahmudov vurğulayır ki, bunlar hamısı təbiətdə baş verən proseslərin bir-birini tamamlayan kökləridir. Kür çayının aşağı axınında suyun səviyyəsinin artması yaxşı haldır. 1969-cu ildə Qıraqkəsəmən məntəqəsindən saniyədə 2714 kubmetr su keçirdisə, quraq illərdə bu göstərici 40-50 kubmetr aşağı düşür. Baş verən daşqın, sel hadisələri çayların məcrasından çıxmasına, səviyyəsinin artması ilə məcranın yuyulması təbii fəsadlara səbəb olur. Amma quraqlıq hadisəsini bununla müqayisə etmək mümkün deyil.

Professor deyir ki, ölkə ərazisinin 20-25 faizi sel təhlükəli ərazilərdir. Onun sözlərinə görə, normal halda selə ən çox məruz qalan ərazilər Şəki-Zaqatala, Naxçıvan, Böyük Qafqazın cənub-şərq yamacı, Kiçik Qafqazın bəzi çaylarıdır. Sel ilin istənilən vaxtında,  hətta quru çay dərəsində intensiv qar əriməsindən və intensiv yağışlardan yarana bilər. Bu, hər il o qədər təhlükə törətmir. Seldən mühafizə üçün bəndlər tikilir, mühafizə qurğuları qoyulur, xəbərdarlıq olunur.

Rza Mahmudov gursululuq nəticəsində su anbarlarının dolmasına, səth və yeraltı suların formalaşmasına görə ən azı bu il su problemi ilə üzləşməyəcəyimizi deyir. Su problemi, iqlim dəyişmələri bəşəriyyətin yaranmasının, mövcudluğun əsasını təşkil edir. Bəşəriyyətin gələcəyi də bu iki problemin həllindən asılıdır.

Təhlillər göstərir ki, sel, daşqın, subasma hadisələri Azərbaycan iqtisadiyyatına zərər yetirən təbii fəlakətlərdəndir. Azərbaycan əhalisinin təqribən 1 milyon nəfəri sel təhlükəli rayonlarda yaşayır, 18 inzibati rayon ərazisində yerləşən 200-dən artıq yaşayış məntəqəsi, 300 km uzunluğa malik dəmir yolları, 1000 km-dən çox respublika əhəmiyyətli şose yolları, körpüqurğular, kənd təsərrüfatı obyektləri mütəmadi olaraq sel təhlükəsinə məruz qalır, dağılır, yararsız hala düşür.

Subasmalar əsasən Kür və Araz çaylarının aşağı axarında gursululuq dövründə baş versə də, iqlim dəyişiklikləri ilə əlaqədar mövsümə xas olmayan yağışların intensivliyi nəticəsində belə hadisələrin vaxtı da yerini dəyişir.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 2 iyul.- S.7.