Yüksəlişmüsabiqəsinin yarımfinal mərhələsi davam edir.

 

Yarımfinal mərhələsinin açılış mərasimində Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, idarəçi rəhbərlərdən əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.

Müsabiqənin yarımfinal mərhələsində 332 nəfər iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsinə əsaslanır qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları yenidənqurma sahəsini ehtiva edir.

Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına başlanılanYüksəlişmüsabiqəsinə 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə 20 min AZN dəyərində pul mükafatı gözləyir.

Xatırladaq ki, “Yüksəlişmüsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

Azərbaycan.-2022.- 3 iyul.- S.5.