"Dövlət
sosial müdafiə fondunun
2022-ci il büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 29 iyun tarixli 563-VIQD nömrəli Qanununun
tətbiqi və "Dövlət sosial
müdafiə fondunun 2022-ci il büdcəsi
haqqında" Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanununun
tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il23 dekabr
tarixli 1529 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət
sosial müdafiə fondunun 2022-ci il büdcəsi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 29 iyun tarixli 563-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 1.1-1-ci və 1.1-2-ci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 1.1-1-ci və 1.1-2-ci bəndlərində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1529 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 12, maddə 1394) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndə "3-cü maddəsinin" sözlərindən sonra "1-ci hissəsinin 1.1-1-ci və 1.1-2-ci bəndlərində," sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd
əlavə edilsin:
"1.1-1.
həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 1.1-1-ci və
1.1-2-ci bəndlərində "orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Prezidenti nəzərdə tutulur.".
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti "Dövlət sosial
müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 563-VIQD
nömrəli Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 iyul 2022-ci il
Azərbaycan.-2022.- 5 iyul.- S.2.