Nazir Mövlud Çavuşoğlu:
Azərbaycanın Ermənistana təklif etdiyi
davamlı sülh anlaşmasının
imzalanmasının tezləşdirilməsini istəyirik
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlaması üçün bəzi addımlar atılıb. Bunu mərhələli qaydada davam etdirmək istəyirik. Hər zaman dediyim kimi, Can Azərbaycanla prosesi məsləhətli şəkildə koordinasiya edirik. Digər tərəfdən Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləyirik.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu Ankarada
keçirilən mətbuat konfransında ifadə edib.
“Azərbaycanın Ermənistana təklif etdiyi davamlı sülh anlaşmasının imzalanmasının tezləşdirilməsini istəyirik. Çünki bölgədə davamlı sülhə ehtiyac var. Azərbaycan ilə Ermənistan arasında Zəngəzur dəhlizi daxil olmaqla layihələrin həyata keçirilməsi vacibdir”, - deyə fikirlərini davam etdirən nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, normallaşma prosesinə ən böyük əngəl Ermənistandakı revanşist cəhdlərdir.
Vyana görüşlərini
yüksək dəyərləndirən nazir
Mövlud Çavuşoğlu
bildirib ki, xüsusi nümayəndələr Türkiyədə
və yaxud Ermənistanda da
görüşə bilərlər. Təəssüf ki, Ermənistan hələ buna
hazır deyil.
Azərbaycan.-2022.- 5 iyul.- S.11.