4 ayda 4 məktub

 

Azərbaycan və ABŞ prezidentlərinin səmimi münasibətləri strateji tərəfdaşlığa sadiqliyin göstəricisidir

 

 

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi önəm verir. Həmçinin ABŞ da Azərbaycanla münasibətləri daha da genişləndirmək üçün müəyyən addımlar atır.

Son 20 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq, dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıblar. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

 

 

 

30 illik diplomatik münasibətlər, dostluq və əməkdaşlığın davamlı inkişafı

 

 

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 30 ili tamam olub. Ötən müddət ərzində mövcud olan əlaqələr davamlı inkişaf edərək yeni yüksəliş mərhələsinə çatıb. Bunu iki ölkə arasındakı enerji, nəqliyyat, infrastruktur, kommunikasiya digər sahələrdə güclü təmaslar da təsdiqləyir. Münasibətlərin yüksələn xətt üzrə inkişafı bu baxımdan diqqəti daha çox cəlb edir.

Mövcud əlaqələrin getdikcə daha da dərinləşməsinə,  şaxələnməsinə mühüm töhfə verən ən əsas amil isə iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibətləridir. ABŞ Prezidenti Co Baydenin son 4 ayda İlham Əliyevə ünvanladığı 3 məktub, Azərbaycan Prezidentinin 4 iyul ABŞ-ın Müstəqillik Günü münasibətilə Co Baydenə məktubu  bunu bir daha təsdiqləyir. Bütün məktublarda prezidentlər əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək vurğulayırlar ki, davamlı tərəfdaşlıq əməkdaşlığa hər zaman sadiqdirlər.

İlham Əliyev amerikalı həmkarına ünvanladığı məktubda qeyd edib ki, 30 ildir  Azərbaycanla ABŞ-ı dostluq tərəfdaşlıq münasibətləri birləşdirir. Azərbaycan ilk gündən müstəqilliyinə, suverenliyinə ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir. Məktubda vurğulanır ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyət məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirilən irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı hərtərəfli dəstəyi müvəffəqiyyətin əsas amillərindəndir: "Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır".

ABŞ Prezidenti Co Bayden isə İlham Əliyevə Novruz bayramı, 28 May Müstəqillik Günü   Azərbaycanın evsahibliyi etdiyi 27-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin açılışı ilə əlaqədar ünvanladığı məktublarında iki dövlət arasındakı əməkdaşlığın perspektivinə tam aydınlıq gətirib, Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

ev rəhbərinin Müstəqillik Günü ilə bağlı təbrik məktubunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa dünya bazarlarının təhlükəsizliyinin təmin olunması sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanıb.

 

 

 

Hər iki ölkə strateji tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır

 

 

Co Bayden ABŞ-ın hazırkı administrasiyasnın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini bəyan edib.

"Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft Qaz Sərgisinə evsahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir". ABŞ Prezidentinin Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin açılışı ilə əlaqədar İlham Əliyevə ünvanladığı məktubda yer alan bu fikirlər isə bir daha təsdiq edir ki, ev strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Co Bayden vurğulayıb ki, Azərbaycan regional qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində İlham Əliyevin davamlı addımlarını alqışladığını bildirən Co Bayden əməkdaşlığa yüksək dəyər verdiyini qeyd edib.

ABŞ Prezidentinin hər 3 məktubunda qeyd edilən fikirlərə əsaslanaraq deyə bilərik ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir, ev İlham Əliyevin qətiyyətli siyasi kursunu təqdir edir.

 

 

 

ABŞ hər zaman İlham Əliyevin qlobal miqyaslı təklif təşəbbüslərini təqdir edib

 

 

Ən mühüm məqam isə odur ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq, sülhün təhlükəsizliyin təminatı Ermənistanla sülh sazişinin bağlanması prosesində İlham Əliyevin atdığı addımları, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Bunu Co Baydenin İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubdakı fikirlər təsdiqləyir: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə Azərbaycanın iqtisadi, nəqliyyat insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

Göründüyü kimi, dünyanın super dövləti olan ABŞ İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib Komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən təqdir edilir.

ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar da mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu  Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

ABŞ-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasını təsdiqləyən faktlara nəzər yetirsək görərik ki,  bu ölkənin bir çox şirkətləri uzun illərdir investor podratçı qismində Azərbaycanda enerji qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq var ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa töhfəsini verir.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 6 iyul.- S.1;6.