"Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında social
müdafiə sahəsində əməkdaşlıq
haqqında Sazişin tətbiq edilməsinə
dair 2004-cü il
mayın 6-da Bakıda imzalanmış Prosedur
Müqaviləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə"nin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əlavə Prosedur Müqavilə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Əlavə
Prosedur Müqavilənin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyul 2022-ci il
Azərbaycan.-2022.- 6 iyul.- S.4.