"Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli
540-VIQD nömrəli Qanununun tətbiqi və
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Rayon
(şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar
haqqında işlər üzrə protocol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli
540-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə 765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr 2314, 2321; 2018, ¹ 1, maddə 54,
¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr 416, 430, 448, ¹ 5,
maddələr 916, 919, ¹ 6, maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12 (I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr 819, 824, 835, 866, ¹ 7, maddə
1221, ¹ 8, maddə 1388, ¹ 10, maddələr 1581, 1587, ¹ 11, maddələr
1700, 1710; 2020, ¹ 3, maddə 252, ¹ 5, maddələr 538, 564, ¹ 6,
maddələr 710, 714, ¹ 7, maddələr 865, 880, ¹ 8, maddə
1032, ¹ 11, maddə 1345, ¹ 12 (I kitab), maddə 1484; 2021, ¹ 1, maddə
33, ¹ 6 (I kitab), maddə 566, ¹ 8, maddə 921, ¹ 12, maddələr
1407, 1423; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 aprel
tarixli 1644, 1645 nömrəli, 13 aprel tarixli 1662 nömrəli və
23 aprel tarixli 1668 nömrəli fərmanları) ilə təsdiq
edilmiş "Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar haqqında işlər
üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı"nın 28-ci hissəsində
"377 və 378-ci" sözləri "371-1, 377, 378 və
602-3-cü" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2022-ci il 27 may tarixli 540-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyul 2022-ci il
Azərbaycan.-2022.- 6 iyul.- S.5.