"Azərbaycan Respublikası
Hökuməti və Monqolustan Hökuməti
arasında ticarət və iqtisadi əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti
və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi
əməkdaşlıq haqqında Saziş" təsdiq
edilsin.
2. Bu
Fərmanın 1-ci hissəsində göstərilən
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Monqolustan Hökumətinə bildiriş göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 iyul
2022-ci il
Azərbaycan.-2022.- 6 iyul.- S.5.