"Azərbaycan Respublikası
Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
İsrail Dövləti Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyul 2022-ci il
Azərbaycan.-2022.- 6 iyul.- S.5.