Milli Məclisin
sədri Sahibə Qafarova videokonfrans
formatında seçicilərin növbəti qəbulunu keçirib
Milli
Məclisin sədri, 98 saylı Şəmkir şəhər
seçki dairəsindən deputat Sahibə Qafarova iyulun 6-da
seçicilərin növbəti qəbulunu keçirib.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, videoqəbulda
seçicilərin müraciətləri dinlənilib,
onları narahat edən məsələlərlə
bağlı lazımi tədbirlər görülüb.
Sahibə
Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin
daha da gücləndirilməsi, rifah halının daha da
yaxşılaşdırılması, şəhid ailələrinin
və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir.
Bununla bağlı mütəmadi tədbirlər həyata
keçirilir.
Milli
Məclisin sədri videoqəbulda regionlarda həyata
keçirilən abadlıq və quruculuq işlərinin
regionlarımızın inkişafı baxımından əhəmiyyətindən
danışıb. Bildirib ki, regionlarımızın
inkişaf etdirilməsi ilə yanaşı, hazırda 44
günlük Vətən müharibəsində
qazandığımız böyük Qələbə nəticəsində
işğaldan azad olunmuş ərazilərimizdə sürətli
və genişmiqyaslı bərpa-quruculuq işləri
aparılır. Azərbaycan bütün bu işləri öz
vəsaiti və imkanları hesabına həyata keçirir.
Videogörüşdə
seçicilərin müraciətlərində əksini tapan
bir sıra məsələlər yerində həll olunub, bir
qisim müraciətlərin isə araşdırılması
üçün aidiyyəti orqanlara sorğular göndərilib.
Azərbaycan.-2022.- 7 iyul.- S.4.