Cəmiyyətin aparıcı qüvvəsi

 

 

Tələbələrimiz "Texnofest"də nəyə qadir olduqlarını bir daha nümayiş etdirdilər

 

 

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Həmin qüvvəni isə yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür.

Azərbaycanın "Texnofest" AerokosmikTexnologiya Festivalına evsahibliyi etməsi bütün dünyada əks-səda verdi. "Texnofest" Festivalı ilk dəfə idi ki, Türkiyədən kənarda qeyd edilirdixarici ölkə kimi Azərbaycanın seçilməsi heçadi fakt deyildi. Festival bir çox iştirakçılara yeni investisiyabiznes imkanlarının genişləndirilməsi şansı yaratdı. Azərbaycan gəncinin beyninin məhsulu olan belə innovativ təkliflərin beynəlxalq aləmə çıxarılması üçün ilkuğurlu addım oldu.

 

 

 

6 müsabiqədə 8 mükafat

 

 

 

Festivalda SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri də iştirak etdilər. BANM "Texnofest" AerokosmikTexnologiya Festivalının final mərhələsində 16 komanda və 2 startap layihəsi ilə təmsil olundu. 10 ildir tam ingilis dilində yüksəkixtisaslı kadrlar yetişdirən BANM-ın 6 komandası B kateqoriyası üzrə 6 müsabiqədə 8 mükafata layiq görüldü.

Ali təhsil ocağının qalib gələn tələbələri ilə görüşüb, onların təəssüratlarını öyrəndik. "İstiqlal" komandası  festival çərçivəsində baş tutan  "Cansat Model Peyk" yarışının qalibidir. Komanda bu müsabiqə üzrə final mərhələsində hazırladıqları peyk modelini  səmaya buraxaraq birinci yeri tutub. Əlbəttə ki, bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizə gələcəkdə daha böyük uğurlara imza atmalarına stimul verib.

Komanda BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 5 tələbədən ibarətdir. Komandanın mentoru Bakı Ali Neft Məktəbinin məzunu və hazırda ali məktəbdə müəllim kimi fəaliyyət göstərən Ramil Şükürovdur. Birinci yerin qalibi olan komandanın mentoru qeyd edib ki, "Texnofest" yarışı növbəti illərdə ölkəmizdə keçirilərsə, yenidən iştirak edəcəklər: "Texnofest" yarışı Azərbaycanda ilk dəfə keçirilirdi. Bununla bağlı sosial şəbəkələrdən öyrəndik və qatılmaq qərarına gəldik. BANM-ın həm bakalavr, həm də magistr məzunu olmuşam. Hazırda isə doktorantura pilləsində təhsilimi davam etdirirəm. Bizə model hazırlamaqla bağlı tapşırıq verilmişdi. Bu model müəyyən tələblərə cavab verməli idi. Sözügedən model raket vasitəsilə 150 metr hündürlüyə qaldırılmalı və passiv enmə sistemi vasitəsilə yerə düşməli idi. Yarışda birinci yerin qalibi olduq".

"Texnofest"in digər qalib BANM komandası isə "Atəşgah"dır. "Yaşıl Texnologiyalar" üzrə "Texnofest"ə qoşulan komandanın üzvləri ali məktəbin kimya mühəndisliyi ixtisasında təhsil alan 3 tələbədir. Komandanın mentoru Bakı Ali Neft Məktəbinin məzunu Murad Rəhimovdur. Ümumiyyətlə, BANM-ın iki komandası I, iki komandası II, iki komandası isə III yerə sahib olub. Bununla yanaşı, təhsil ocağının iki komandası qatıldığı iki müsabiqə üzrə də mükafat alıb.

Bakı Ali Neft Məktəbi "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə Azərbaycan ali təhsil müəssisələri arasında ən çox təmsil olunan, finala yüksələn və mükafat alan ali təhsil ocağıdır. "Texnofest"ə müraciət edən BANM-ın 33 komandasının 15-i bu müsabiqəyə layihə təqdim edib. Finala bu nominasiya üzrə yüksələn 10 komandanın 8-i BANM-ı təmsil edən komandalar olub. Bu isə Azərbaycan universitetləri arasında yalnız Bakı Ali Neft Məktəbinə aid göstəricidir. BANM finalda da bu müsabiqə növü üzrə fərqlənərək rekorda imza atmağı bacarıb. Belə ki, bu müsabiqə üzrə ilk üç yerin sahibi BANM-ın komandaları olub. Kimya mühəndisliyi ixtisasında təhsil alan 3 tələbə - Faiq Əliyev, Fatimə Məmmədova Fərid Əliyev (kapitan) mentoru BANM-ın məzunu olan Murad Rəhimovdan ibarət "Atəşgah" komandası "Yaşıl texnologiyalar" müsabiqəsinin qalibi seçilib.

 

 

 

Kondisionerlərdən istifadəni azaldan, enerjiyə qənaət edən cihaz

 

 

Bu müsabiqə üzrə II yerə BANM-ın Kimya  mühəndisliyi kafedrasının müdiri Əmir Rza Vəxşurinin mentorluq etdiyi, tələbələr Fidan Cəbrayılova (kapitan),  Toğrul Əzizli, Çingiz Hacıyev, Fərid Hüseynli, Ruslan Həsənovdan ibarət "Murov" komandası layiq görülüb. Bu müsabiqə üzrə III yerin sahibi mentoru BANM-ın laboratoriya rəhbəri Nəsir Sultanov, məsləhətçisi ali məktəbin məzunu əməkdaşı Elmar Əsgərzadə, üzvləri  Güllü Hüseynli (kapitan),  Zaur İmaməliyev, Kafyə Abzarova, Rəşad Əhmədovdan ibarət "Gülüstan" komandası olub.

Ali Məktəb "Cansat Model Peyk" müsabiqəsində uğurla təmsil olunub. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan Fidan Mahmudova, Səmra Hüseynova, Qeybulla Əliverdiyev, Kənan Bəgəliyev, Fuad Məmmədzadədən (kapitan) ibarət "İstiqlal" komandası hazırladığı peyk modelini səmaya buraxaraq "Cansat" Həvəskar Peyk Modelləşdirilməsi yarışının qalibi olub.

Fuad Məmmədzadə 1-ci yer qazanmış komandanın kapitanıdır. O bu cür yarışların ənənə halını almasını arzulayır.

 

 

 

Robotun adını "Nilay-44" qoydular

 

 

BANM-ın "Oğuz" və "Həkəri" komandaları qatıldıqları iki müsabiqədə mükafata layiq görülüblər. Mentorluğunu Nicat Həsənovun həyata keçirdiyi, Nəzrin Qurbanova (kapitan), Firəngiz Hümbətova, İlqar Məmmədov, Gülüstan Abdullayeva, Ağamirzə Fətəliyev, Aysel Abdullayevadan ibarət "Oğuz" komandası "Robotexnika" müsabiqəsi üzrə II, "Planer" müsabiqəsi üzrə isə III yerə sahib olub.

"Oğuz" komandasının üzvü Ağamirzə Fətəliyev deyir ki, ərsəyə gətirdikləri robotun adını Vətən müharibəsində hər iki valideynini itirən Nilayın şərəfinə "Nilay-44" qoyduq: "Yarışlara iki kateqoriya üzrə qatılmışdıq. "Robotexnika" üzrə 2-ci, planer müsabiqəsində isə 3-cü yeri qazandıq. "Robotexnika" müsabiqəsində hörümçəyə oxşar altıayaqlı robot təqdim etdik.  Əsas məqsəd dağıntıların altında insanların istifadə edə bilmədiyi ərazilərdən məlumat almaqdır. Gəncədə törədilən müharibə cinayəti nəticəsində çox sayda insan dağıntılar altında qalmışdı. Elə bu səbəbdən ərsəyə gətirdiyimiz robotun adını Vətən müharibəsində hər iki valideynini itirən Nilayın şərəfinə qoyduq".

İki kateqoriya üzrə qalib olan "Həkəri" komandasının kapitanı Cavid İsayev bu adı seçməkdə xüsusi bir səbəbin olduğunu dedi: "Komandamızın üzvlərindən biri zəngilanlı olduğuna və Həkəri çayı da Zəngilandan keçidiyinə görə  komandamızın adını Həkəri qoyduq. Yarışmada iki kateqoriya üzrə iştirak etdik. Hər iki kateqoriya üzrə qalib olduq".

"Baku Skills" müsabiqəsi üzrə III yerin sahibi olan "Alfa" komandasının  üzvləri arasında Bakı Ali Neft Məktəbinin Biznesin idarə olunması üzrə I kurs magistratura tələbəsi Aydın Cəfərov da təmsil edilib.

 

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 7 iyul.- S.8.