Geniş enerji dəhlizlərinə yolu BTC açdı

 

 

Kəmərin tam sistem kimi istifadəyə verilməsindən 16 il keçir

 

 

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verilib. Həmin vaxtdan bəri bu möhtəşəm kəmər ahəngdar təhlükəsiz şəkildə fəaliyyət göstərərək ona bəslənən inamı doğruldur.

Hazırda BTC əsasən Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan nefti "Şahdəniz"dən hasil olunan kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft kondensat həcmləri, o cümlədən müəyyən miqdarda Türkmənistan, Rusiya Qazaxıstan nefti nəql olunur. Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz artırılıb. İndi BTC hər gün 1,2 milyon barel neft ötürmək gücünə malikdir.

BTC Ko.-nun səhmdarları bp (həm operatordur, 30, 10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) ONGC Videş (2,36 faiz) şirkətləridir.

BTC istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Birinci rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft kondensat Ceyhan terminalında 68 tankerə vurulub yola salınıb.

Azərbaycanın, Gürcüstanın Türkiyənin ərazisindən keçən boru xəttinin marşrutu 1768 kilometr təşkil edir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 Türkiyənin 9 rayonunda 1076 kilometrlik yolboyu uzanır. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 34 düymdür.

BTC öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə 3000 yol, dəmir yolu, yeraltı yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.

Kəmər Bosfor Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Başlıca şərtlərdən biri kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan insanlara narahatlıq gətirmədən işini davam etdirir.

Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası 98 siyirtmə məntəqəsi var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə Azərbaycanda - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir.

Regionun neft ixracı arteriyası sayılan bu boru xəttinin salnaməsi qısa olsa da, çox zəngindir. Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilən BTC-nin tikintisinə dörd il vaxt sərf olunub. Belə ki, layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatdırılıb.

Əslində, BTC-yə Bakı yaxınlığındakı Səngəçal terminalından ilk neft 2005-ci ilin mayında vurulub. Neft Türkiyənin Ceyhan limanına bir il sonra - 2006-cı ilin mayında çatıb. BTC-nin gətirdiyi neftlə yüklənmiş ilk tanker dünya bazarına iyun ayında yola salınıb. Kəmərin tam sistem kimi işə düşməsi münasibətilə təntənəli mərasim isə Ceyhan şəhərində iyulun 13-də keçirilib. Tədbirdə Azərbaycanın, Türkiyənin Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak ediblər.

Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir".

İllər keçdikcə bu kəmərin əhəmiyyəti artır. Onun uğurlu fəaliyyəti Azərbaycanın yeni neft strategiyasının təntənəsi həmin strategiyanın daha qlobal layihələrlə zənginləşməsinin təsdiqidir. BTC-nin bir əhəmiyyəti ondan ibarətdir ki, özündən sonra neçə-neçə digər layihəyə yol açıb. Başqa sözlə, BTC-dən başlanan yol geniş dəhlizlərə qovuşub.

BTC təkcə ölkəmizə deyil, bütün regiona gəlir, xeyir-bərəkət gətirir. Kəmər istismara veriləndən sonrakı illərdə ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə edib. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəldib.

BTC-ni "Üç dənizin əfsanəsi", yəni Xəzəri, Qara dənizi Aralıq dənizini birləşdirən polad kəmər adlandırırlar. O, eləcə xalqları ölkələri bir-birinə yaxınlaşdırır.

BTC- həmçinin üçüncü minilliyin nəhəng mühəndis qurğusu deyirlər. Çünki bu boru xətti bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər arasında öz unikallığı ilə seçilir. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biri sayılır.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 8 iyul.- S.9.