"Azərbaycan
Respublikası Hökuməti və Litva
Respublikası Hökuməti arasında İkitərəfli
Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 904; 2012, ¹ 2, maddə 108; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 3, maddə 534; 2020, ¹ 3, maddə 261) 1-ci hissəsində "Azərbaycan Respublikasının İqtisadiyyat naziri" sözləri "Azərbaycan Respublikasının xarici işlər naziri" sözləri ilə əvəz edilsin və həmin hissədən "Komissiya həmsədrinin müavini" və "Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan
Respublikası Hökuməti və Litva Respublikası Hökuməti
arasında İkitərəfli Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinə bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Litva Respublikası tərəfinə müvafiq bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyul 2022-ci il
Azərbaycan.-2022.- 8 iyul.- S.2.