Milli Məclisin
komitə sədrləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi Şuşa
Xəstəxanasında olub
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləmə keçirilib.
Milli Məclisdən AZƏRTAC-a verilən məlumata görə, dinləmə çərçivəsində Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov Şuşa Modul Tipli Xəstəxanasına gedərək xəstəxananın tibb heyəti və iş şəraiti ilə tanış olublar.
Görüş
zamanı xəstəxana nümayəndəsi qonaqlara
Şuşa Modul Tipli Xəstəxanası haqqında məlumat
verərək burada təcili tibbi yardım, poliklinika,
laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələrinin
mövcud olduğunu deyib. Bildirilib ki, tibb personalının tərkibinə
travmatoloq, ümumi cərrah,
kardioloq, revmotoloq, anestezioloq-reanimatoloq, funksional
diaqnostika həkimi, orta
və kiçik tibb
işçiləri, eləcə də qeyri-tibb
işçiləri daxildir. Müasir palatalarla təmin
olunan Şuşa Modul Tipli Xəstəxanasında
mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz
olunan xəstəxana həm ambulator, həm də stasionar
tibbi xidmət göstərir. Vətəndaşlar
burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi
çərçivəsində tibb xidmətlərdən
yararlana bilirlər. Rəsmi qonaqlar eyni zamanda
yeni tikiləcək Şuşa
Xəstəxanasının ərazisinə də baş çəkiblər.
Azərbaycan.-2022.- 8 iyul.- S.2.