Problemə nazirlik səviyyəsində baxılmışdır

 

"Azərbaycan"a cavab verirlər

 

 

Qəzetimizin 6 aprel 2022-ci il tarixli nömrəsində "Kiçik fermerlər haqsız rəqabət məngənəsində" başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə fermer Q.Babaşovun timsalında Şamaxıda üzümçülüklə məşğul olan kiçik fermerlərin yetişdirdikləri məhsulu sərfəli qiymətə realizə edə bilməmələrindən və ümumiyyətlə, bu sahədə iri təsərrüfatların inhisarçılığından bəhs edilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi məqalədə qaldırılan problemlə bağlı redaksiyamıza məktub göndərmişdir:

"Azərbaycan" qəzetinin 2022-ci il 6 aprel tarixli nömrəsində dərc olunmuş "Kiçik fermerlər haqsız rəqabət məngənəsində" başlıqlı məqalədə qaldırılmış məsələlərlə bağlı tədbirlər görülməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır.

"Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən haqsız rəqabət - bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nə uyğun olaraq, xidmət haqsız rəqabət sahəsində dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən qurumdur.

Bildiririk ki, Şamaxı rayonu Məlcək kənd sakini Qurbanəli Şahvələd oğlu Babaşovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş eyni məzmunlu müraciəti nazirliyin 2022-ci il 28 mart tarixli, MİHO/1.2-2.2022-1674 nömrəli məktubu ilə cavablandırılmışdır.

2019-2021-ci illər ərzində Şamaxı rayonunda nazirliyin müxtəlif qurumları tərəfindən üzümçülük və şərabçılıqla bağlı 24-ü onlayn, 34-ü isə tarla şəraitində olmaqla, 54 təlim keçirilmiş, həmin təlimlərə ümumilikdə 196 fermer, o cümlədən Q.Babaşov da cəlb olunmuşdur. Eyni zamanda təlimlərdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış müxtəlif kitab və broşürlərin paylanması da təmin edilmişdir.

Müraciətdə Q.Babaşovun üzüm tingçiliyi ilə məşğul olması haqqında məlumatlar əks olunsa da, nəzərinizə çatdırırıq ki, Kənd Təsərrüfatı Nazirliyinin 2012-ci il 2 may tarixli 04Q nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqifiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə Əsasnamə"yə  uyğun olaraq, ona  toxumçuluqtingçilik fəaliyyəti ilə məşğul olmaq hüququ verən 317 nömrəli şəhadətnamənin müddəti 2021-ci il 16 oktyabr tarixdə başa çatmış və Q.Babaşov tingçilərin reyestrindən çıxarılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində görülmüş işlər üzümçülük və şərabçılığın kompleks inkişafına öz töhfəsini vermişdir.

Üzümçülük sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq 2021-ci ildə üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə və fillokseraya davamlı calaq ting materialı ilə təmin edən Şamaxı Üzüm Tingçilik Mərkəzi yaradılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.4-cü bəndinə müvafiq olaraq, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə respublikamızın bir sıra rayonlarında, o cümlədən Şamaxıda dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşən ərazilərdə dəmyə şəraitində salınan üzüm bağlarının hər hektarına 8000 AZN bir dəfəyə məxsus, intensiv üzüm bağlarına bağ salındıqdan sonra ilk 4 il ərzində 640 AZN, sonrakı illərdə 250 AZN məbləğində subsidiya ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6.1.2-ci yarımbəndinə müvafiq olaraq, idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq olunur. Həmin fərmanın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikanın Siyahısı"nın 12-ci hissəsinə müvafiq olaraq "Kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıqların" siyahısında həcmi 7000 kubmetrdən artıq olmayan meyvə-tərəvəz üçün soyuducu anbar dəstlərinə 40 faiz güzəşt tətbiq edilir.

Müraciətdə qeyd olunan "A+CO" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na aid edilməmişdir.  

Aqronom və mexanizatorların çatışmazlığı ilə bağlı bildiririk ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqrar sektor üçün yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlanır. ADAU-da respublikamız və xarici ölkələrdən olan tələbələr Azərbaycan, rusingilis dillərində təhsil alırlar. Eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində digər ixtisaslarla yanaşı, aqrar sahə üzrə də rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı"na daxil edilmədiyi üçün gübrə və pestisidlərin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Gübrə istehsalında istifadə olunan ammiakın bahalaşması, Rusiya Federasiyası tərəfindən gübrə ixracına məhdudiyyətlərin tətbiq edilməsi, habelə qlobal gübrə bazarında baş verən digər proseslər nəticəsində dünya bazarlarında mineral gübrələrin qiymətlərində artımlar müşahidə edilməkdədir. Bununla yanaşı, hazırda ölkəmizin daxili bazarında gübrənin qiymətinin artım tempi dünya bazarındakı artımla müqayisədə daha aşağıdır. Kənd Təsərrüfatı Nazirliyinin "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin ötən ildən qalan ehtiyatlarının daxili bazara əvvəlki qiymətlərlə təklif edilməsi, habelə "SOCAR CARBAMİDE" tərəfindən gübrə istehsalı qiymət artımının nisbətən aşağı səviyyədə saxlanmasına şərait yaratmışdır. "Aqroservis" ASC tərəfindən satışı həyata keçirilən gübrə və pestisidlərin qiymətləri www.aqroservis.gov.az saytında yerləşdirilir və satışların həmin qiymətlərlə həyata keçirilməsi mütəmadi olaraq monitorinq edilir.  Eyni zamanda fermerlər www.tapagro.az portalı vasitəsilə bütün gübrə və pestisid təchizatçılarının satış qiymətlərilə tanış olmaq və təchizatçını sərbəst şəkildə seçmək imkanına malikdir.

Q.Babaşovun istifadəyə yararsız doludağıdan qurğuların bərpa edilməsi ilə bağlı təkliflərini qeyd olunan qurğuların texnoloji baxımdan köhnəlməsi və onların bərpasının rentabelli olmadığını nəzərə alaraq, məqsədəuyğun hesab etmirik. Bununla belə fermerlərin müasir tələblərə cavab verən doludağıdan qurğular əldə etməsinin stimullaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nın 6-cı bəndinə (bitki mühafizəsi maşın və avadanlıqları) müvafiq olaraq bitkilərin iqlim təsirlərindən mühafizəsi üçün istifadə olunan texnoloji avadanlıqlara 40 faiz güzəşt tətbiq edilir, habelə Aqrar Kreditİnkişaf Agentliyi tərəfindən həmin texnikaların satışının lizinqi və güzəştli şərtlərlə kreditləşdirilməsi təmin edilir".

 

 

İlhamə QƏDİMOVA,

kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan.-2022.- 8 iyul.- S.12.