Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
2021-ci il büdcəsinin icrası
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında
Əsasnamə"yə və 2001-ci il 12
sentyabr tarixli 579
nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
illik gəlir və xərclər
proqramının (büdcəsinin) tərtibi və icrası
Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası ilə
bağlı hazırlanmış hesabata dair Dövlət Neft
Fondunun
Müşahidə Şurasının və Azərbaycan
Respublikası Hesablama Palatasının rəylərini
və Dövlət Neft Fondunun
maliyyə fəaliyyətinin beynəlxalq auditor
təşkilatı tərəfindən keçirilmiş
auditinin nəticələrini nəzərə
alaraq qərara alıram:
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin
icrası, gəlirlər 15 985
652,3 min manat, xərclər 11382683,9 min manat və ya Fondun
2021-ci il büdcəsində nəzərdə tutulana nisbətən
gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə
92,9 faiz səviyyəsində olmaqla, aşağıdakı
kimi təsdiq edilsin:
Sıra ¹-si
Göstəricilər
min manatla
Gəlirlər, cəmi:
15 985 652,3
o cümlədən:
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
11 894 606,9
2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri
5 283,6
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
21 382,3
4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
3 287 434,2
5. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar
776 945,3
Xərclər, cəmi:
11 382 683,9
o cümlədən:
1. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi
11 350 000,0
2. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi
10 208,9
3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
22 475,0
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2022-ci
il
Azərbaycan.-2022.- 9 iyul.- S.2.