Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə  vaxtından əvvəl xitam verilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun  113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndinə və 114-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri               

Bakı şəhəri, 8 iyul 2022-ci il

Azərbaycan.-2022.- 9 iyul.- S.3.