QMİ sədri Londonda keçirilən konfransda Britaniya Lordlar Palatasının ermənipərəst üzvünün əsassız ittihamlarına tutarlı cavab verib

 

Böyük Britaniyada keçirilən DinEtiqad Azadlığı üzrə Nazirlər Konfransı işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində bir sıra görüşlər keçirib.

QMİ sədri Britaniyanın dövlət naziri, Uimbledon lordu Tariq Əhməd, ABŞ-ın dini azadlıqlar üzrə xüsusi səfiri Rəşad Hüsseyn, Oksford Universitetinin professoru Nazilə Qaneə və Anqlikan kilsəsi başçısının xarici əlaqələr üzrə katibi Riçard Sudvört ilə görüşüb.

Konfrans çərçivəsində keçirilən panel iclasının sonunda Britaniya Lordlar Palatasının ermənipərəst mövqeyi ilə seçilən üzvü baronessa Kerolayn Koks Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. O, azərbaycanlıların guya erməniləri tarixi torpaqlarından qovduqları, soyqırımı törətdikləri, 44 günlük müharibə dövründə erməniləri kasetli bombalarla atəşə tutduqları barədə cəfəng fikirlər söyləyib.

Tədbirin moderatoru baronessanın çıxışından dərhal sonra iclası bağlı elan edib. Buna görə şeyxülislam Allahşükür Paşazadə iclasdan sonra K.Koksa yaxınlaşaraq onun söylədiklərinin bütünlüklə yalan olduğunu deyib. Gözlənilmədən qarşısında Qafqaz Müsəlmanları İdarəsinin sədrini görən Koks çaşqın halda baş əyərəksəlamun əleykumdeyə şeyxülislamı salamlayıb.

Sizin dediklərinizdə həqiqət yoxdur. İndiyə qədər dörd mindən çox azərbaycanlı itkin düşüb onların taleyi barədə bu günədək heç bir məlumat yoxdur. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirmədi. Müharibə Azərbaycan torpaqlarında gedib. Ermənilər bizim tarixi ərazilərimizə sonradan köçürülüblər. Biz mehriban qonşuluq siyasəti yürüdürük onları da buna çağırırıq”, - deyə şeyxülislam qeyd edib.

QMİ sədrinin sərt sözlərini eşidən Koks məkanı tələsik tərk etməli olub.

 

 

Azərbaycan.-2022.- 9 iyul.- S.5.