"Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində
islahatlara dəstək”
layihəsinə start verilib
Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində
əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması
və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan
reabilitasiya sisteminin yaradılması məqsədi
daşıyan “Azərbaycanda
əlilliyi olan şəxslərin reabilitasiyası
sistemində islahatlara
dəstək” adlı
layihənin təqdimat
mərasimi keçirilib.
Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev
əlilliyi olan şəxslərin reabilitasiyasının,
onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının,
bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin
Azərbaycan hökumətinin
prioritet fəaliyyət
istiqamətlərindən olduğunu,
ölkəmizdə bu
sahədə davamlı
işlərin həyata
keçirildiyini qeyd edib.
Ölkəmizin 2008-ci ildə BMT-nin
“Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Konvensiyasına
ilk qoşulan ölkələrdən
biri olduğunu vurğulayaran S.Babayev nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin
son illərdə
müasir tələblərə
uyğun qurulduğunu
və reabilitasiya mərkəzlərinin potensialının
3 dəfə artırıldığını
nəzərə çatdırıb.
Postmüharibə dövründə reabilitasiya
mərkəzlərində 2500 müharibə iştirakçısı
reabilitasiya xidmətləriylə,
1400-dən çox müharibə
əlilliyi olan şəxs 19,3 min reabilitasiya
vasitəsiylə, 44 günlük
Vətən müharibəsinin
200 qazisi, ümumən
300 müharibə əlilliyi
olan şəxs son nəsil müasir protezlərlə təmin edilib.
S.Babayev
ölkəmizdə bu
kateqoriyadan olan vətəndaşlara xüsusi
qayğının nümunəsi
kimi Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
yaradılmış əlilliyi
olan şəxslərin,
o cümlədən, müharibə
əlillərinin, şəhid
ailələri üzvlərinin,
habelə sosial cəhətdən həssas
qrupların yaradıcı
potensialının, istedadlarının,
digər bacarıqlarının
ortaya çıxarılmasına
və inkişafına
dəstək məqsədi
daşıyan DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin
fəaliyyətindən bəhs
edib.
Yeni layihənin
də ölkəmizdə
əlilliyi olan şəxslərin reabilitasiyası
sistemində islahatlara
əhəmiyyətli dəstək
verəcəyinə ümidvar
olduğunu bildirib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb. O, əlilliklə bağlı yeni islahatların əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov ölkəmizdə əhalinin sağlamlığının qorunması, o cümlədən əlilliyi olan şəxslərə dövlət qayğısı, onların tibbi-sosial reabilitasiyası və tibbi sığorta sahəsində son illər həyata keçirilmiş layihələr və gələcək hədəflər barədə çıxış ediblər.
Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edib. O, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihə barədə ətraflı məlumat verib.
Layihə 2023-cü ilin 15
oktyabrına qədər icra olunacaq. Bu müddət ərzində
ən yaxşı beynəlxalq təcrübə əsasında
əlilliyi olan şəxslərin
reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə
keçidlə bağlı sənəd, metodlar
hazırlanacaq. Həmçinin reabilitasiya
mərkəzlərinin yeni strukturunun,
işçi heyəti təkmilləşdiriləcək,
təlimlər həyata keçiriləcək.
Azərbaycan.-2022.- 9 iyul.- S.5.