Azərbaycanla Misir
arasında hava əlaqəsinin genişləndirilməsi
barədə fikir mübadiləsi
aparılıb
"Azərbaycan Hava Yolları" Mətbuat xidmətinin verdiyi məlumata görə, "AZAL"ın prezidenti Cahangir Əsgərovun Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə görüşündə mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı Cahangir Əsgərov onu Azərbaycana
səfir təyin olunması münasibətilə təbrik edib və gələcək diplomatik
fəaliyyətində uğurlar
arzulayıb. "AZAL"ın prezidenti
ölkələr arasında müntəzəm hava əlaqəsinin olduğunu
bildirib. Hazırda Misirin
"Air Cairo"
aviaşirkəti həftədə bir dəfə
Bakı şəhərindən Qırmızı dənizin
sahilində yerləşən Şarm-əş-Şeyx kurort şəhərinə və geri istiqamətdə uçuşlar
yerinə yetirir. Səfir Hişam Mohammed Naqi Abdel Hamid
Cahangir Əsgərova təşəkkürünü
bildirib və iki
ölkənin turizm potensialının
genişləndirilməsi məqsədilə mülki
aviadaşımalar sahəsində tərəfdaşlıq əlaqələrinin
inkişaf etdirilməsinin vacibliyini
vurğulayıb. O, iki ölkə
arasında hava əlaqəsinin genişləndirilməsində
və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin
və yük reyslərinin yerinə
yetirilməsində maraqlı olduqlarını bildirib.
"AZAL"ın prezidenti Cahangir Əsgərov Bakı ilə Qahirə
arasında sərnişin və yük
daşımalarının həyata keçirilməsi, həmçinin
Şarm-əş-Şeyx - Bakı - Şarm-əş-Şeyx
marşrutu üzrə uçuşların
sayının artırılması məsələlərində
maksimum yardım göstəriləcəyini
qeyd edib. "Qahirədən
Bakıya sərnişin reysləri
açıldığı təqdirdə, Heydər Əliyev
Beynəlxalq Aeroportunda "Air Cairo" aviaşirkətinə
hava limanı tərəfindən müəyyən
edilmiş qaydada
endirimlər tətbiq olunacaq", - deyə
Cahangir Əsgərov qeyd
edib.
Azərbaycan.-2022.- 9 iyul.- S.10.