Azərbaycan
- Gürcüstan dostluq münasibətlərinin müxtəlif
istiqamətlərdə inkişafı məmnunluq doğurur
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də
Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi
Doxturişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. Həmçinin şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.
Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.
Görüşdə
Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi,
nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir
çox digər sahələrdə əməkdaşlığın
perspektivləri də müzakirə olunub.
Azərbaycan.-2022.- 14 iyul.- S.2.