Peşəkar dövlət qulluğu Azərbaycanın etibarlı gələcəyinin bünövrəsidir

 

 

Respublikamız qısa zaman kəsiyində siyasiiqtisadi cəhətdən güclü, millətlərarası və konfessiyalararası vəhdətin dövlət ideologiyasının əsasını təşkil etdiyi demokratik ölkəyə çevrilib. Ölkədaxili və xarici siyasət sahəsində uğurlar Azərbaycanın inkişaf vektorunun düzgün seçilməsindən xəbər verir. Dövlət başçısının iqtisadi inkişafın siyasi dəyişikliklərdən öncüllüyünə əsaslanan seçimi reallıqda da öz təsdiqini tapıb.

"Öncə iqtisadiyyat, sonra siyasət" klassik deyiminə dayanan strategiya ölkədə  reallaşdırılan islahatların uğurlu yekununa yol açıb. Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünya dövlətləri arasında  rəqabətədavamlı, effektivstabil inkişaf sahəsində layiqli yer tutması, kəmiyyət deyil, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olması və vətəndaşlar üçün yüksək həyat standartlarının təmin edilməsidir. Bu hədəfə çatmaq üçün köklü tədbirlər görülübilk növbədə cəmiyyətin başlıca ideyası - intellektə əsaslanan millətin formalaşdırılması ideyasının gerçəkləşdirilmə mexanizmləri işə salınıb. Ölkədə səmərəli və optimal inzibati-dövlət idarəçiliyi modeli qurulub. Məhz Prezident İlham Əliyev ölkənin tarixi gələcəyini müəyyənləşdirən uğurlu dəyişikliklərin sistemli məntiqini, məqsədəuyğun ardıcıllığını və humanist yönümünü təmin edib. 

XXI yüzillikdə heç şübhəsiz ki, gələcəyin açarı biliktexnologiyalar, dövlətin başlıca vəzifəsi isə biliyə və texnologiyalara əsaslanan strategiyanın işlənib reallaşdırılmasıdır. Ölkə Prezidenti İlham Əliyevin böyük səmərəliliklə gerçəkləşdirdiyi dövlət idarəçilik strategiyasının təməlində də məhz elm, texnologiyalar, elmi-intellektual insan potensialının formalaşdırılması dayanır. O sistem ki, təkcə hesabat vermir, eyni zamanda inkişaf siyasəti və onun məqsədlərinə, öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət və cavabdehlik daşıyır.

Əslində, bu, həm də Azərbaycanda bütün səviyyədə dövlət strukturlarının çevik, səmərəli, peşəkar fəaliyyətinin, dövlət qulluğu sisteminin  işinin düzgün qurulmasının nəticəsidir.

Bəlli olduğu kimi, dövlət qulluğu dövlət idarəçiliyi sistemində aparıcı yer tuturonun səmərəliliyini təmin edən başlıca mexanizmdir. Bu, bütün dünyada qəbul edilən faktdır ki, istənilən dövlətin imici dövlət qulluğu sisteminin inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsindən birbaşa asılıdır. Birmənalı olaraq bu sahədə dəyişikliklər "hər bir dövlət qulluqçusunu dövlət işə götürür" təfəkkürünün formalaşdırılması və "dövlət vəzifəsini ən layiqli namizədlər tutmalıdır" prinsipinin işləməyə başlamasına əsaslanır. İstənilən zaman və məkanda dövlət qulluğu sisteminin gələcəyini müəyyən edən meyarlar bunlardır.

Bu gün Azərbaycan Respublikasının heç kimin tanımadığı postsovet ərazisindən dünyanın lider ölkələri sırasına güclü keçidinin Prezident İlham Əliyevin səriştəli idarəçiliyi sayəsində optimalinnovativ təşkili təmin olunan dövlət qulluğu sisteminin sayəsində mümkün olub. Hazırda Prezident İlham Əliyevin yeni idarəçilik paradiqması və çağırışlara uyğun, innovasiyalara açıq islahatları sayəsində ölkədə dövlət qulluğunun hüquqi tənzimlənməsi məsələləri həllini tapıb, kadr siyasətinə vahid yanaşma ortaya qoyulub, kadr resurslarının cəlbi, saxlanması və inkişafı mexanizmləri işlənib, motivasiya, fəaliyyətin qiymətləndirilməsi mexanizmləri üçün zəmin formalaşıb və etik məsələlərin populyarlaşdırılması ilə korrupsiya risklərinin minimallaşdırılmasına nail olunub. Azərbaycan digər ölkələrin təcrübəsi və yanlışları əsasında uğurlu dövlət qulluğu modeli yaratmaq şansından maksimum faydalanıb. Və nəticə etibarilə Azərbaycan siyasi, iqtisadi, sosial, humanitar sahələrdə inkişaf templərinə görə dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli ortaya qoyub və artıq intensiv inkişaf dövrünü yaşayır. Burada xüsusi vurğulamaq lazımdır ki, dövlət siyasətinin məqsədlərinin uğurla reallaşdırılmasında dövlət qulluğu başlıca alət kimi çıxış edir. Azərbaycanda dövlət aparatının təkmilləşdirilməsi sahəsində görülən işlərin kökündə isə düzgün kadr siyasəti dayanır. Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələyə yol açan cənab Prezident "qara qızılı insan kapitalına çevirək" deməklə, əslində, insan resursunu bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirib.

Azərbaycanın yeni təfəkkürə malik həqiqi lideri və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbəri imicini ləyaqətlə daşıyan Prezident İlham Əliyev  "XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil" - deməklə, əslində, çağdaş dönəmin prioritetlərini dəqiqliklə ifadə edib və günümüzdə dövlət və onun institutlarının davamlı inkişafı üçün şəraitin yaradılmasında rolunun diqqət mərkəzində tutulduğunu bir daha təsdiqləyib. Bu reallıq ictimai-siyasi həyatın fərqli sahələrindəki dinamiklik, beynəlxalq arenada qüvvələr balansındakı əhəmiyyətli dəyişikliklər, çağdaş dövlətlərin üzləşdiyi yeni çağırış və təhdidlərin çoxluğu, inkişafın ssenarili proqnozlaşdırılmasının reallığı və aşağı səmərəliliyi ilə bağlıdır. Bu arada davamlı inkişafın təmininin trend olmasına baxmayaraq, indiyədək dövlətin sözügedən prosesdə bilavasitə rolu ilə bağlı məsələlər hələ də açıq qalmaqdadır. Bu gün peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət qulluğu islahatlarının prioritet istiqamətlərindəndir.

İslahatların gerçəkləşdirilməsi yeni nəsil dövlət qulluqçularının formalaşdırılmasına, cəmiyyətdə kök salmış stereotiplərin aradan qaldırılmasına və dövlət qulluğunun müsbət imicinin təsdiqlənməsinə, həmçinin dövlət və vətəndaşlar arasında qarşılıqlı əlaqənin yeni formalarının kultivasiyasına yönəlik kompleks transformasiyanı nəzərdə tutur.  Bu sırada texniki tərəqqi də mühüm rol oynayır. O, dövlət sektorunun idarə edilməsi sahəsində yeni yanaşma, mexanizm və prinsiplərin tətbiqi üçün güclü stimuldur.

Azərbaycan Respublikasında ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qeydə alınan dəyişikliklər əhalinin tələbatlarının ödənilməsi və keyfiyyətli dövlət xidmətlərinin təklif olunmasına yönəlik yeni dövlət idarəçiliyi sisteminin formalaşması ilə bağlıdır. Bu, dövlət idarəçiliyi metodologiyası və təcrübəsinə dəyişikliklərin edilməsi, bütövlükdə davamlı və kompleks inkişafın reallaşdırılması məqsədilə yeni vasitə və metodların axtarışını tələb edir. Dövlət qulluğu islahatları ictimai sektorda aparılan yeniliklərin  tərkib hissəsidir. Birmənalı olaraq ictimai sektorun inkişafı proqramları arasında dövlət qulluğu institutunun sistemlistruktur dəyişiklikləri xüsusi yerə malikdir. Belə ki, dövlət qulluqçuları islahatların təkcə obyekti deyil, həm də subyektləridir.  Dövlət aparatı ictimai sektordakı bütün islahatlardan məsuldur və onun fəal iştirakı olmadan heç bir islahat reallaşdırıla bilməz. Ümumiyyətlə, dövlət qulluğu institutu dövlət idarəçiliyi sisteminin səmərəliliyinin fundamental elementidir.

Dövlət qulluğu sisteminin önləyici inkişafı xarici ölkələrin müsbət örnəyinin ümumiləşdirilməsi nəzərə alınmasına, cəmiyyətin müxtəlif təbəqələrinin, ekspert dövlət qulluqçularının mövqeyinin göz önündə tutulmasına əsaslanıb. Nəticə etibarilə sabaha yönəlik quran dövlət qulluğu sisteminin formalaşması digər sahələrdə islahatları səmərəli reallaşdıra biləcək səriştəli kadrların yetişməsini təmin etməyə imkan verib.  Etiraf etmək lazımdır ki, bu sistemə biznes əsasları, biznes menecment sistemi nüfuz etməyə başlayıb. əgər biz əvvəllər yaxşı dövlət qulluqçusu deyə bütün göstəriş, təlimatları gerçəkləşdirən, zəruri zaman kəsiyində işdə olub zəruri miqdarda sənədi gözdən keçirənləri nəzərdə tuturduqsa, indi cəmiyyət vətəndaşların dövlət qulluqçularından tələbləri daha fərqlidir. Biz artıq ictimai əhəmiyyətli layihələrin, vəzifələrin yerinə yetirilməsi ilə maraqlanırıq. Bu isə dövlət qulluqçusu obrazının əsrlik şablonundan uzaqlaşmaq kimi psixoloji  dəyişiklikdir. Dövlət qulluqçusu günümüzdə yalnız təlimatlara uyğun davranan darıxdırıcı boz insan imicindən, bir qayda olaraq, mənfi çalarları qabardılan "məmur"  etiketindən qurtula bilib.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident postunda fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə dövlət qulluğu təkcə hüquqi təşkilati deyil, həm publik sosial institut imici qazana bilib. Bu gün dövlət aparatı qarşısında daha səmərəli, mobil vətəndaşlara yönəlik, daim təkmilləşən instituta çevrilmək kimi bir çağırış var. Bu institutun başlıca kapitalı insanlardır. Peşəkar insanların uzunmüddətli karyeralarını  dövlət aparatı ilə bağlamaları üçün dövlət qulluğu həm "daxildən", həm "xaricdən" cəlbedici yerinə çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub. Öncə dövlət qulluğunun cəlbedici işgötürən kimi formalaşması üçün tədbirlər gerçəkləşdirilib, dövlət qulluqçularının sosial təminatları ilə bağlı bir çox məsələlər həllini tapıb. Dövlət qulluğunun cəlbediciliyinin yüksəldilməsi məqsədilə dövlət aparatının təşkilati mədəniyyəti daha çevik, prosesə deyil, nəticəyə yönəlik innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda yeni çağırışlar fonunda dövlət qulluqçularının potensialı bacarıqlarının inkişafı, həmçinin dövlət qulluğunda insan resurslarının idarə edilməsinə yönəlik texnologiyaların tətbiqinə başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi prioritet kimi önə çəkilib.

Burada yeni yerlərinin açılması ilə yanaşı, insan resurslarının şəxsi keyfiyyətlərinin qabiliyyətlərin inkişaf etdirilməsinə xüsusi önəm verilməsi, ölkədə yaradılan müasir idarəetmə modelinin mərkəzində Azərbaycan vətəndaşı onun maraqlarının dayanması, şəffaf, demokratik, səmərəli innovativ idarəetmə çərçivəsində dövlət qulluğunun "xalqa xidmət" konsepsiyasında həyata keçirilməsi, vətəndaşla dövlət qulluqçusu, məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzinə keçidə nail olunması, dövlət qulluqçularının fəaliyyət üslubunun dəyişməsi, vətəndaş məmnunluğunun əsas qiymətləndirmə meyarına çevrilməsi görülən işlərin məntiqi yekunudur. Yaxın perspektivdə cəmiyyətin potensialından dövlət qərarlarının hazırlanması prosesində istifadə, kraudsorsinq texnologiyalarının tətbiqinin dəstəklənməsi, müstəqil qurumların dövlət orqanlarında kadr prosedurlarının həyata keçirilməsi prosesinə cəlbi (autsorsinq) təcrübəsinin genişləndirilməsi, dövlət orqanlarında keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi, nəticəyə görə idarəetmə sisteminin inkişafı, dövlət orqanlarının proqram sənədlərində kəmiyyət qiymətləndirilməsinə əsaslanan beynəlxalq göstəricilərdən istifadə sair dövlət qulluğu sisteminin inkişafına rəvac verəcəkdir.

Dövlət qulluğunun cəmiyyətdə üst quruluş deyil, başlıca məqsədinin ölkənin davamlı inkişafı və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi olan institut kimi qəbul edilməsi və real fəaliyyət göstərməsi prioritet hədəfdir. Bu, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, kadr hazırlığı sistemində və siyasətində də dəyişikliklər zərurətini ortaya çıxarıb.

Çağdaş, peşəkar və müstəqil dövlət aparatının formalaşması və daim təkmilləşdirilməsi Azərbaycanın gələcək stabil, davamlı inkişafının həlledici faktorlarındandır, həmçinin qlobal çağırışlara cavabıdır.  Bu sahədə islahatların uğuruna strateji məqsəd və taktiki vəzifələrin dəqiq formalaşdırılması, ölkə rəhbərliyinin siyasi iradəsi, qərarlılığı və tələbkarlığının olması yol açıb. Beləliklə də, dövlət qulluğu institutunun təkmilləşdirilməsi ölkənin hərtərəfli inkişaf dinamikasının yüksəlməsini şərtləndirib. Çünki onun səmərəli və innovativ fəaliyyəti dövlət siyasətinin strateji məqsədlərinin yerinə yetirilməsini hədəfləyən dövlət idarəçiliyi sisteminin davamlı inkişafına zəmin yaratmış olub. Bu üzdən dövlət qulluğunun və dövlət məmurunun  cəmiyyətdə rolu da olduqca önəmlidir.

Tarixən liderlər öz düşüncələrinin miqyasından irəli gələn fəaliyyəti reallaşdırırlar. Prezident İlham Əliyev "əsrlər və qitələr"lə düşünən bir liderdir. Dövlət başçısının Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafı üçün müəyyənləşdirdiyi Milli Prioritetlər, qarşıya qoyduğu strateji hədəflər və bu istiqamətdə fəaliyyət birmənalı olaraq dövlət qulluqçularının peşəkar hazırlığının yeni səviyyəyə keçidini  yeni strateji idarəetmə çərçivəsinin qurulmasını zəruri edir. Bu isə öz növbəsində Azərbaycanın gələcək inkişaf istiqamətlərinin reallaşdırılması üçün zəmin olacaqdır.

 

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

 Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru, professor

Azərbaycan.-2022.- 14 iyul.- S.6.