Taxıl sammiti qlobal problemi həll edə biləcəkmi?

 

Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşdə dördtərəfli əlaqələndirmə mərkəzinin yaradılmasına qərar verilib

 

 

Ukrayna limanlarında yığılıb qalan taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə İstanbulda aparılan Türkiyə, Rusiya Ukraynanın hərbi nümayəndə heyətləri arasındakı danışıqlar başa çatıb.

Bundan əvvəlki taxıl sammiti ötən ayın 21-də Moskvada Rusiya Türkiyənin müdafiə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmişdi danışıqlarda  Ukrayna taxılının ixracı variantları müzakirə olunmuşdu. İstanbul görüşü isə taxıl ixracı üzrə danışıqların növbəti mərhələsi idi.

BMT bəzi Qərb liderləri dəfələrlə bildiriblər ki, taxıl çatışmazlığı səbəbindən dünya ərzaq böhranı ilə üzləşə bilər. Çünki may ayına qədər Ukraynanın topladığı taxılın həcmi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Müxtəlif hesablamalara görə, Ukrayna 4,5 milyon tondan 20 milyon tona qədər taxıl toplayıb. Yəni toplanan taxılın real həcmi ilə bağlı dəqiq məlumat yoxdur.

İstanbul sammitinə gəldikdə isə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar görüşün nəticəsini şərh edərək deyib ki, konstruktiv keçən görüşdə müsbət nəticələr əldə edilib. Belə ki, görüşdə bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi əlaqələndirmə mərkəzinin yaradılması, limandan çıxışda çatdırılma nöqtələrində birgə nəzarət, naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi əsas texniki məsələlər razılaşdırılıb.

Hulusi Akar bütün dünyaya təsir edən taxıl böhranını həll etmək üçün Moskva Kiyevlə keçirilən görüşlərdə digər ərzaq məhsullarının da Ukrayna limanlarından daşınmasının vacibliyini vurğulayıb. Nazirin dediyinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böhranın ilk günlərindən bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib. Türkiyə Prezidenti bu məsələləri gündəmə gətirməklə problemin həllinin son dərəcə vacib olduğunu qeyd edib.

Nazir həmçinin qeyd edib ki, ərzaq böhranının həlli istiqamətində atılmış mühüm addım olan iclasda taxıl digər ərzağın gəmilərlə təhlükəsiz daşınması ilə bağlı bütün detallar razılaşdırılıb: "Əsas prinsiplər haqqında saziş bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Tərəflərin bu problemi həll etməyə hazır olduğunu görürük. BMT ilə koordinasiyada həll yolu tapmağa çalışacağıq. Bu mənada Ukrayna Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə yenidən bir araya gəlməsi qərara alınıb. Bu görüşdə bütün detallara yenidən baxılacaq rəsmi sənəd imzalanacaq".

Rusiya, Ukrayna BMT nümayəndə heyətlərinə taxıl ərzaq daşınması məsələsinə verdikləri töhfəyə görə təşəkkür edən nazir Türkiyənin bütün dünya üçün humanitar problem olan ərzaq böhranının həllinə, həmçinin regional beynəlxalq sülhün bərqərar olmasına töhfə verməyə davam edəcəyini vurğulayıb.

Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən dördtərəfli görüşdə irəliləyiş əldə olunduğunu bildirib Türkiyə ilə BMT- dünyanın ərzaq təminatının yenidən başlaması üçün göstərdikləri səylərə görə təşəkkür edib. O, "Telegram" hesabında İstanbuldakı dördtərəfli görüşlə bağlı fikirlərini bildirib. Dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün çox mühüm səylər göstərdiklərini vurğulayan Zelenski qeyd edib: "Mən BMT Türkiyəyə göstərdikləri səylərə görə minnətdaram. Bu hekayənin uğuru təkcə dövlətimizə deyil, mübaliğəsiz bütün dünyaya lazımdır".

Qara dənizdəki gəmilər üçün təhlükə aradan qaldırılarsa, bunun qlobal ərzaq böhranının şiddətini yumşaldacağını bildirən Zelenski əlavə edib ki, yaxın günlərdə Ukrayna nümayəndə heyəti BMT baş katibi ilə təfərrüatları razılaşdıracaq.

Öz növbəsində, BMT-nin baş katibi Antoniu Quterreş İstanbuldakı taxıl sammitində aparılan danışıqların əhəmiyyətini, bu mövzuda irəliləyiş olduğunu bildirib. Onun dediyinə görə, Ukrayna ərzağının Qara dəniz vasitəsilə təhlükəsiz ixracını təmin etmək üçün bu, irəli atılan son dərəcə mühüm addımdır. "Qlobal böhranın qaranlığına qərq olmuş dünyada "ümid işartısı yaranıb", - deyə Quterreş bildirib.

 

 Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 15 iyul.- S.12.